ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulan azərbaycanlılara hökm oxundu – 74 il 6 ay

İŞİD üzvü olan şəxslərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lenkaranxeber.info xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhləmənin hökmü ilə Elbrus Əzizov 14 il, Namiq Quliyev 11 il 6 ay, Rasim Bədəlov 12 il, İlahi Əzizov 14 il, Babək Şirinov 13 il 6 ay, Elman Mirzəbəyov 7 il, Əfqan Şamxalov 2 il 6 ay azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, onlar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdilər.

Onlar, 2013-2015-ci illər ərzində İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirakda təqsirləndirilirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button