ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Kənani sionist rejimin bəhanəsini aldadıcı adlandırıb

Nasir Kənani bu rejimin Xan Yunusda yerləşən Nasir xəstəxanasına qarşı hücumla bağlı bəhanələrini aldadıcı və puç adlandırıb.

İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi dünən axşam «X» sosial şəbəkəsində yaydığı mətləbdə sionist  rejimin Xan Yunusda yerləşən Nasir xəstəxanasına hücumla bağlı əsaslandırmalarına belə reaksiya verib: İlk dəfə deyildir ki, cinayətkar İsrail rejiminin hərbçiləri mülkilərə hücum edirlər. Bu rejim Fələstin xalqına qarşı soyqırımı planını təkmilləşdirmək məqsədli puç bəhanələri ilə Qəzzədəki müalicə mərkəzlərinə təcavüzə zəmin yaradır.

O, əlavə edib: Dünyanın ümumi fikri sionist rejim başçılarının Şəfa xəstəxanası barədəki yalan iddialarından qalan biabırçılığı hələ unutmayıb. Sionistlər bu dəfə/ elə həmin aldadıcı əsaslandırmalarla Xan Yunusdakı Nasir xəstəxanasına hücum ediblər.

Kənani sözlərinə belə davam edib: Cinayətkar İsrail rejiminin bu insanlığa sığmayan yanaşması uğursuzluğa məhkumdur. Onun və himayədarlarının biabırçılıq və rüsvayçılıq halqası davam etməkdədiir.

Qəzzə səhiyyə nazirliyi dünən bildirdi ki: Sionist rejim hərbçilərinin Xan Yunusdakı Nasir xəstəxanasının köhnə binasına basqını nəticəsində yüz əlli xəstə çox çətin şəraitə düşüb. Qəsbkar rejim ordusu xəstəxana işçilərindən təqribən yetmiş nəfəri həbs edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button