ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Kənani: İranın reaksiyası düşmənə uyğun olacaq
İran XİN sözçüsü təcavüzkar sionist rejimin Dəməşq konsulluğuna hücumunu kəskin pisləyərək deyib: İran işğalçı rejimin bu cinayəti müqabilində əks tədbirlər görmək hüququna sahibdir və cəza növü barədə ağır qərarlar verəcək.
Əl Aləm telekanalının məlumatına əsasən, Nasir Kənani bu gün (1 aprel) İranın Dəməşq səfirliiyinin konsulluq şöbəsinə vəhşicəsinə hücumu beynəlxalq qaydaların, xüsusilə diplomatik münasibətlərə dair 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulduğunnu qeyd edərək deyib: Bu hücum beynəlxalq ictimaiyyət və BMT tərəfindən ən sərt şəkildə pislənilməli və təcavüzkara qarşı lazımi tədbirlər görülməlidir.