Kənani deyib ki, ABŞ-ın bəzi anti-İran müddəalarını ehtiva edən Milli Müdafiə Səlahiyyət Aktı bu hökumətin İranofobiyasını və müdaxiləçi mövqeyini əks etdirir.
Kənani ABŞ-ın İrana qarşı hərəkətini pisləyərək bildirib:
“ABŞ-ın İranın regional fəaliyyəti ilə bağlı bəzi əsassız iddialar səsləndirməsi bu dövlətin Fars körfəzi və Qərbi Asiyada dağıdıcı və sabitliyi pozan rolunun davam etdiyini göstərir.
ABŞ hökumətinin nüvə sazişindən birtərəfli şəkildə çıxmasına və beynəlxalq konvensiyaları pozmasına baxmayaraq, İranın sülhməramlı nüvə proqramı ilə bağlı əsassız ittihamlar irəli sürür”.
Nüvə silahı istehsalının İranın hərbi doktrinasında yeri olmadığını qeyd edən Kənani, “İran MAQATE-nin üzvü olaraq öz hüquq və öhdəliklərinə sadiqdir”, – deyə bildirib.
Kənani deyib:
“Amerikanın Qərbi Asiya regionunda nüvə silahının yeganə sahibi olan işğalçı sionist rejimə hərtərəfli dəstəyi regional və beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdiddir”.