ArxivXəbər lentiXəbərlər

Jurnalist aclıq aksiyasına başladı

“Danışığımızı yarımçıq kəsdilər”.

“Jam.az” saytının redaktoru, jurnalist Fikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb. Bu haqda onun həyat yoldaşı Faiqə İbişbəyli özünün“Facebook” profilində yazıb. Dediyinə görə, bu gün aclıq aksiyasının 3-cü günüdür.

“Aksiyaya ayın 18-dən başlayıb. Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir. Bunları mənə telefonda deyirdi. Ona görə də danışığımızı yarımçıq kəsdilər. Kimsə “çölə məlumat ötürmə” qışqırdı. Təzyiqlər artıq bu həddədir” – jurnalistin həyat yoldaşı bildirib.

Fikrət Fərəməzoğlu ötən ilin iyun ayının sonunda saxlanıb. O, hədə-qorxu ilə rüşvət tələbetmədə günahlandırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button