ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İtaliyalı general Baydenin Ukraynadakı niyyətlərindən danışıb

 İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general Leonardo Trikariko “La7” telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin Ukraynadakı niyyətlərindən danışıb.

General bildirib ki, ABŞ və Böyük Britaniyanın rəhbərliyi Ukrayna böhranına son qoymaqda maraqlı deyil.

Onun sözlərinə görə, Amerika lideri, NATO-nun baş katibi Yens Stoltenberqin, ABŞ-ın dövlət katibi Entoni Blinkenin, Böyük Britaniyanın baş naziri Boris Consonun, Baltikyanı ölkələrin, eləcə də Polşanın nümayəndələri bir dəfə olsun “danışıqlar” və “atəşkəs” ifadələrini işlətməyiblər.

“Çünki onlar açıq-aydın sülh istəmirlər. Mən nə danışdığımı bilirəm. Co Bayden sülh istəmir və əgər Co Bayden istəmirsə, başqaları da istəmir”, – Trikariko bildirib.

Bir müddət öncə isə Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ tarixində ilk dəfə olaraq münaqişənin diplomatik yolla deyil, hərbi yolla həllini arzulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button