Özünü Azərbaycan Respublikasının dostu kimi qələmə verməyə çalışan işğalçı sionist rejimin cinayətkar başçısının oğlu, mənsub olduğu rejimin əsl niyyətini ifşa edib. Sionistlər Azərbaycanın işğaldan azad etdiyi əraziləri, yenidən işğal etməyi planlaşdırırlar.
qəsbkar rejimin baş naziri Benyamin Netanyahunun oğlu Yair özünün instaqram hesabında sionist rejimin region ölkələrinin əsas düşməni olduğunu göstərən bir xəritə paylaşıb.
Xəritədə Türkiyənin böyük bir hissəsi, İranın Qərbi Azərbaycan və bəzi qərb vilayətləri, Suriya və İraqın şimalında türkmənlərin yaşadığı ərazilər İsrailin planlaşdırdığı böyük kürdüstanın əraziləri kimi təqdim edilir.
Xəritədə diqqət çəkən əsas məqam Azərbaycan Respublikasının igid oğullarının qanı bahasına azad edilən ərazilərinin bir hissəsinin həmin şeytani xəritəyə daxil olmasıdır. Belə ki, Azərbaycanın Laçın rayonu, sionistlərin arzuladığı böyük kürdüstanın anklavıdır.
Netanyahunun xələf oğlu belə bir xəyali xəritəni paylaşmaqla İsrail adlı xərçəng şişinin Azərbaycan Respublikası da daxil regionun bütün müsəlman ölkələri üçün ən əsas təhdid və təhlükə olduğunu bir daha isbatlamış olub.
Laçın Ermənistanın işğalı altında olarkən ona qarşı heç bir iddia irəli sürməyən sionist rejim və onun separatçı kürd qruplaşması, 2020-ci il 44 günlük müharibədən sonra tez-tez bu ərazini böyük kürdüstan torpaqları kimi təqdim edirlər. Sionist başı Netanyahunun oğlunun belə bir arzunu ictimailəşdirməsi ilə artıq bu şeytani planın arxasında cinayətkar İsrailin durduğuna şübhə qalmır.
Netanyahunun oğlu paylaşdığı xəritənin altında belə yazır:
Bütün gözlər Kürdüstanda!
Türkiyə tərəfindən kürd xalqının soyqırımını dayandırın!
Türkiyə, İran, İraq və Suriya tərəfindən Kürdüstanın işğalı və repressiyasına son qoyulsun!
Azad Azad Kürdüstan!
Sadəcə son yeddi ay ərzində 36 mindən çox fələstinlini soyqırımına məruz qoyan cinayətkar rejim tam həyasızcasına Türkiyəni öz vətəndaşlarına qarşı soyqırımda ittiham edir. Müsəlmanların torpaqlarının işğalı üzərində yaradılmış bu saxta rejimin başçısının oğlu öz həddini aşaraq Türkiyə,İran,İraq və Suriyanı eləcə də dolayısı ilə Azərbaycan Respublikasını işğalçı adlandırır.
Beləliklə məlum olur ki, öz qeyri qanuni varlığını davam etdirmək üçün müsəlman xalqlar arasında nifaq salmağı qarşıya məqsəd qoyan, onların parçalanmasını planlaşdıran cinayətkar rejim, hətta onun mənafeyini təmin edən bəzi müsəlman dövlətləri də hədəfdə saxlayıb.
Xüsusiylə son aylar ərzində qaniçən rejimin mahiyyəti bütün dünyaya daha da aşkar olub. Belə bir şəraitdə bu rejimlə əlaqə saxlayan müsəlman dövlətləri artıq öz qoynunda əfi ilan yetişdirdiyini başa düşüb. İndi Netanyahunun oğlunun təhdid etdiyi Türkiyə,İran, İraq, Suriya və Azərbaycanın qarşısında sadəcə bir yol var, bu xərçəng şişinə qarşı birləşərək onun nifaqsalma planlarını puça çixarmaq, bu xəbis düşmənin ayaqda qalmasına töhfə verməmək.