ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrailin baş naziri: İranla Rusiyanın hərbi əməkdaşlığından narahatıq

İsrail İran və Rusiya arasında hərbi əməkdaşlıqdan narahatdır.”
Qafqaz.ir xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid Ukrayna xarici işlər naziri ilə telefon danışığında deyib.
İsrailin baş naziri ölkəsinin Rusiya və İran arasında hərbi əməkdaşlıqdan ehtiyatlandığını vurğulayıb və bildirib ki, Təl-Əviv Kiyevə silah satmaqdan imtina etməsinə baxmayaraq, Ukraynaya dəstəyini davam etdirir.
İsrail mediasının məlumatına görə, Yair Lapid cümə axşamı gecə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı qarşı tərəfi əmin edib ki, Təl-Əvivin mövqeyi Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməkdir.
Lapid və Kuleba arasındakı söhbət Kiyevin bir neçə gün əvvəl Təl-Əvivə göndərdiyi məktub fonunda aparılıb. Məlumata görə bu məktub “İran istehsalı olan pilotsuz təyyarələr və ballistik raketlərdən istifadə edən Rusiyanın hücumlarına” qarşı hava hücumundan müdafiə sistemləri almağı ehtiva edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button