ArxivXəbər lentiXəbərlər

İsrail rejimi Azərbaycanı təhlükəli ölkə kimi görür

Sionist rejimin “Terror”la Mübarizə Qərargahı İsrail vətəndaşları və yəhudilər üçün təhlükəli olan ölkələrin siyahısını yayıb.
İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, İsrailin Milli Təhlükəsizlik Şurasının “Terror”la Mübarizə Qərargahı İsrail vətəndaşları və yəhudilər üçün təhlükəli olan ölkələrin siyahısını açıqlayıb.
Ötən gün yayımlanan siyahıda 41 ölkə adı qeyd edilib. Diqqət çəkən məqam isə, keçmiş SSRİ ökələrindən ancaq Azərbaycanın və Rusiya tərkibində olan Çeçenistanın bu siyahıda olmasıdır. Azərbaycan Respublikası İsrail vətəndaşları və yəhudilər üçün “davam edən real təhlükəli ölkə” kimi dəyərləndirilib. Sionist rejimin XİN İsrail vətəndaşlarına Ukraynaya səfər edərkən diqqətli olmağa çağırıb.
Qeyd edək ki, İsrail rejimi qanunla Yəmən, İran, İraq, Livan və Səudiyyə Ərəbistanına getməyi qadağan edir. Onu da qeyd edək ki, ötən il bu siyahıya salınan Gürcüstan və Ermənistan. bu il İsrail vətəndaşları üçün təhlükəli ölkələr siyahısından çıxarılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button