ArxivXəbərlər

İsrail İranın qonşuluğunda olan dövlətlər ilə münasibətləri daha da inkişaf etdirməyə çalışır

İsrailin Valla Nyus xəbər agentliyinin verdiyi məlumata əsasən İsrail müdafiə naziri Zeev Elkin cümə axşamı günü İran ilə sərhədlərini bölüşən Azərbaycan, Türkmənistan və Özbəkistan, Qazaxstan və Gürcüstan səfirləri ilə görüşüb.

Görüş Zeevsin Gürcüstana səfəri zamanı paytaxt Tibilisi də baş tutub.
Məlumatda deyilir ki, tərəflər görüş zamanı yuxarıda adı çəkilən dövlətlərin İran və BMT Təhlükəsizlik Şurasının üzvü olan beş dövlət və Almaniya arasında keçən nüvə danışıqları haqqında görüşlərini və nəticələri müzakirə ediblər.
İran və dünyanın altı dövləti arasında İslam Respublikasının nüvə enerji proqramı məsələsi üzərində danışıqların ilk mərhələsi 15-16 oktyabr tarixində Cenevrədə təşkil edilib. Hər iki tərəf 7-8 noyabr tarixində danışıqları davam etdirmək haqqında razılığa gəliblər.
İran xairic işlər naziri Cavad Zərif danışıqları müsbət və nəticə verən kimi dəyərləndirib.
Avropa Birliyi xarici siyasət komitəsinin rəhbəri Katerin Aşton həmçinin nüvə danışıqlarını tərif edərək bu danışıqların hər iki tərəf arasında olan ən səmərəli danışıq adlandırıb.
Hər iki tərəfin danışıqlardan razı qalmasına baxmayaraq İsrail İrana qarşı sanksiyaların daha da artırılmasını tələb edib.
15 Oktyabr danışıqlarına qədər İsrail baş naziri Benyamin Netanyahu xəbərdarlıq edərək bildirib ki, altı dünya dövləti danışıqlar zamanı İrandan nüvə enerji proqramından təmamilə əl çəkməyi və uranın zənginləşdirməsini daynadırmağı tələb etməyi bildirib.
Bu arada Amerika İsrail İctimai Əlaqələr Komitəsi ABŞ senatına Ağ Evin İrana qarşı sanksiyaları gücləndirməsini təmin etmək üçün təziqlər edir./islamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button