ArxivXəbər lentiXəbərlər

İslamiada İran mədəniyyətinin tanıtdırılması üçün ən yaxşı fürsətdir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları İranın qədim və köklü mədəniyyət və sivilizasiyasının tanıtdırılması üçün yaxşı bir fürsətdir.

IRNA-nın məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu gün 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına işarə edərək, əlavə edib: Azərbaycan Respublikasının mədəniyyət orqanları ilə əldə olunmuş razılığa əsasən, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müddətində Bakıda İranın mədəniyyət günləri tədbiri keçiriləcək.

Farsi söyləyib: Bakıda İranın mədəniyyət günlərinin keçiriləcəyi 13-15 may günləri arasında İranın mədəni və turizm imkanları, eləcə də görməli məkanları nümayiş etdiriləcək.

O, sonra deyib: İranlı sənətçilərin Azərbaycan Respublikasına səfəri və İranın imkanlarının xalçaçılıq, dulusçuluq və ağac üstə oyma formasında təqdim olunması Bakıda İranın mədəniyyət günlərinin tədbirlərindəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button