AktualAktualArxivXəbər lentiXəbərlər

İslami Şura Məclisinin nümayəndələrininAzərbaycan dövlətinin Nardaran şiə əhalisini şəhid etməsini məhkum edən BƏYANATI

İslami Şura Məclisinin nümayəndələri bəyanat verərək Azərbaycan dövlətinin Nardaran şiələrini şəhid etmələrini məhkum edib və insan hüquqları təşkilatlarından bu mövzunu araşdırmasını istəyib.

Qafqaz Mədəniyyət Mərkəzi – İslami Şura Məclisinin nümayəndələri bəyanat verərək Azərbaycan dövlətinin Nardaran şiələrini şəhid etmələrini məhkum edib və insan hüquqları təşkilatlarından bu mövzunu araşdırmasını istəyib..

Bəyanatda deyilir: İmam Hüseynə (ə) əzadarlıq günlərində Azərbaycanın, xüsusən də Nardaranın şərəfli və vilayətçi əhalisi İslam-şiə müqəddəs şüarlarından ilham alaraq əzadarlıq etdikləri zaman Azərbaycanın polis-təhlükəsizlik qüvvələri ölkənin bir neçə bölgəsinə, əsasən də Nardaran qəsəbəsinə hücum etmiş, bir neçə mömini şəhid etmiş, onlarla dindarı da saxlamış və həbs etmişdir.

Ortaya çıxan sual budur ki, hətta qeyri-müsəlmanların imam Hüseyn (ə) əzasında azadcasına iştirak etdiyi günlərdə – bunun nümunəsini böyük Ərbəin hərəkatında də şahid olduq – Azərbaycanın zahirən müsəlman dövləti nə üçün Nardaran əhalisi üçün bu haqqı qəbul etmirlər?

Azərbaycan ölkəsində Amerika, İsrail nökərləri, homoseksuallar azaddırlar, qumarxanalar və şərab içilməsi hətta məhərrəmlik günlərində də azaddır, lakin Əliyyibni Əbi Talib (ə) şiələrinə öz ibadət mərasimlərini də yerinə yetirməyə icazə verilmir.

Biz İran İslam Respublikasının azərilər yaşayan əyalətlərinin nümayəndələri Azərbaycan dövlətinin bu uyğunsuz hərəkətini pisləyir və dünyanın bütün insan hüquqları təşkilatlarından dövlətin insan hüquqlarını pozması və möminləri şəhid etməsi hərəkətini araşdırmasını istəyirik.

Həmçinin, Birləşmiş Millətlər Təşkilatından istəyirik ki, Nardarana faktaraşdırıcı missiya göndərsin və Bakı dövlətinin Nardaran şiələrinə qarşı vəhşicəsinə hərəkəti barədə raport hazırlasın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button