Aktual

İslam İnqilabının Böyük Rəhbərinin əzəmətli Həcc konqresinə müraciəti

بسم الله الرحمن الرحیم
والحمدلله رب العالمین و الصلوه و السلام علی سیدالانبیاء و المرسلین و علی آله الطیبین و صحبه المنتجبین

Həcc mövsümünün gəlib çatmasını islam ümməti üçün böyük bayram hesab etmək lazımdır.

Bütün illərdə bu dəyərli günlər dünya müsəlmanları üçün önəmli fürsət yaradır , elə bir möcüzəvi kimyadır ki, əgər layiqincə yerinə yetirilsə və tanınsa , islam dünyasının bir çox zəif nöqtələrinin və sədəmələrinin əlacı olar.
Həcc , ilahi feyzin coşqun çeşməsidir. Siz səadətli hacıların tək – təkiniz , indi bir uca iqbala əl tapıbsınız ki, mənəviyyət və səfa ilə dolu olan bu əməllərda ürək və canınızı layiqincə yuyub , bu rəhmət , izzət və qüdrət mənbəyindən ömrünüzün sonuna qədər ehtiyat toplaya bilərsiniz , rəhim olan Allahın məhzərində təslim olmaq və xüşu etmək ; müsəlmanların üzərində olan vəzifələri yerinə yetirmək , din və dünya işlərində tam sevinclə hərəkət etmək; qardaşlarla əlaqədə güzəşt və rəhmə əsaslanmaq , çətin hadisələr qarşısında özünə inanmaq və cürətli olmaq , hər yerdə və hər nədə Allahın yardım və dəstəyinə ümidvar olmaq və bu ilahi təlim-tərbiyə meydanında müsəlmanlığa layiq olan bir insanı yetişdirmək və ona layiq xüsusiyyətləri özündə görmək və özünü bu gözəlliklərlə bəzəmək və qazandığı ehtiyatlara öz xalqının nəzdinə və ölkəsinə qayıtmaq və nəhayətdə həmin gözəllikləri islam ümmətinə ərməğan etmək.
İslam ümməti bu gün hər nədən çox elə insanlara ehtiyaclıdır ki , düşüncə və əməli , iman , səfa və ixlasın kənarında və kinli düşmənlər qarşısında müqaviməti , özünü mənəvi və ruhi yetişdirmə ilə yanaşı reallaşdıra bilsin.
Bu düşmənlər tərəfindən aşkarcasına törədilmiş , yaxud əzmkarlıq , iman və bəsirətin süstlüyü nəticəsində uzaq zamanlardan qalmış çətinliklərdən , müsəlmanların böyük ictimaiyyətini xilas etmənin yeganə yoludur.
Şübhəsiz hazırkı dövran , müsəlmanların ayıqlığı və öz mentalitetini və kimliyini tapmasının dövranıdır. Bu həqiqəti müsəlman ölkələrin qarşı-qarşıya gəldiyi çətinliklərə diqqətlə başa düşmək olar. Düz belə bir şəraitdədir ki, iman, təvəkkül, bəsirət və təşəbbüskarlığa dayanan iradə və əzmkarlıq, müsəlmanları bu çətinliklər qarşısında qalib edə bilər və onların taleyinə izzət və kəraməti calaşdırar. Müsəlmanların oyanışını və izzətini qəbul edə bilməyən müqabil tərəf bütün var-gücü ilə gəlib ki , bütün təhlükəsizlik , psixi , hərbi , iqtisadı və təbliği imkanları və potensiallarından istifadə edib müsəlmanları təsir altına alsın , yatırsın yaxud məşğul etsin. Asiyanın qərbində yerləşən ölkələr, o cümlədən , Pakistan və Əfqanıstandan tutmuş , Suriya , İraq və Fələstin və Fars Körfəzi ölkələrinədək , həm də Afrikanın şimalındakı Liviya , Misir , Tunisdən Sudana qədər və bəzi digər ölkələrin vəziyyətinə baxanda çoxlu həqiqətlər üzə çıxır.
Daxili müharibələr , kor-korana dini və məzhəbi əsəbiyyətlər, siyasi səbatsızlıqlar, rəhmsiz terrorizmin rəvacı , insanların sinəsini yarıb ürəklərini dişə çəkən tarixin vəhşi və bədəvi qəbilələrinin metodu ilə rəftar edən ifratçı cərəyanlar və qruplaşmaların peyda olması , qadınlar və uşaqları qırğın edən, kişilərin başını kəsən və onların namuslarına təcavüz edən yaraqlıların öz utandırıcı və ürək ağrıdan cinayətlərini din bayrağı altında həyata keçirməsi tamamilə əcnəbilərin xəfiyyə orqanlarının və regiondakı əlaltı hökumətlərin şeytanı planlarının məhsuludur ki, ölkələrin daxilində mövcud olan zəminlər üzərində qurulur və xalqların gününü qaraldır , kamlarını acıladır.
Yəqin ki , belə bir vəziyyətdə və halda heç də müsəlman ölkələrin öz mənəvi və maddi boşluqlarını doldurmağa müvəffəq olmasını və oyanışın bərəkəti olan elmi inkişafa , beynəlxalq gücə və rifaha və təhlükəsizliyə əl tapa bilmələrini intizar etmək olmaz.
Bu qəmli və möhnət dolu şərait islamı oyanışı təsirsizləşdirə bilər və islam dünyasında yaranmış ruhi hazırlıqları məhv edə bilər və bir daha , müsəlman xalqı uzun illər boyunca durğunluğa , inzivaya və geriliyə sürükləyə və Amerika ilə sionizmin caynağından müsəlman xalqları xilas etmək və Fələstini qurtarmaq kimi əsas və mühüm məsələləri unutdura bilər.
Ən əsaslı və köklü əlac yolunu Həccin bariz dərslərindən olan iki açar cümlə çərçivəsində xülasə etmək olar :
Birinci Tövhid bayrağı altında müsəlmanların birliyi-vəhdəti və qardaşlığı
və ikinci : Düşməni tanımaq və onun planları və metodları ilə qarşılaşmaq

Qardaşlıq və yekdillik əhval-ruhiyyəsini gücləndirmək Həccin ən böyük dərsidir. Burada hətta başqaları ilə dalaşmaq və kobud danışmaq qadağandır. Eyni geyim , eyni əməllər , eyni hərəkətlər və mehriban rəftar burada bu tövhid ocağına etiqadı olan və ona ürək bağlayanların hamısının bərabərliyi və qardaşlığı mənasındadır, bu, bəzi müsəlmanları və Kəbəyə həm də tövhidə inananları islam dairəsindən uzaqlaşdıran fikir, əqidə və çağırışa, islamın aydın və kəskin cavabıdır. Bu gün qəddar sionistlər və onların qərbli himayəçilərinin siyasətlərinin oyuncağına çevrilmiş təkfiri ünsürlər və nəticə etibarı ilə ağır cinayətlərə əl atanlar və müsəlmanların və günahsız insanların qanını axıdanlar və dindarlıq iddiası ilə həm də ruhaniyyət paltarında şiə-sünni ixtilaflarını alovlandıranlar bilsinlər ki, Həcc mərasiminin nəfsi və ruhu , onların boş iddialarını batil edəndir.
Mən İslam ümmətinə ürəyi yananlar və bir çox islam üləması kimi bir daha bildirirəm ki, müsəlmanlar arasında ixtilaf alovlarını yandıran hər bir söz və hər bir əməl, həmçinin hər bir müsəlman qrupun müqəddəslərinə hörmətsizlik etmək və hər bir müsəlman məzhəbini təkfir etmək , küfr və şirk düşərgəsinə qulluq etmək mənasındadır və islama xəyanət və şəri haramdır.
Düşməni tanımaq və onun metodlarını bilmək də ikinci əsas məsələdir. Birinci bu ki kinli düşmənin mövcudluğunu unutmaq olmaz və ondan qafil olmaq caiz deyil və buna ən mühüm dəlil Həccdə , Rəmyi Cəməratı neçə dəfə yerinə yetirməkdir ki, bu mühüm məsələnin simvolik nişanələrindəndir .
İkincisi bu ki , əsas düşməni yəni dünya imperializmi və cinayətkar sionizm şəbəkəsini tanımaqda yayınmamaq lazımdır.
Üçüncüsü isə budur ki, müsəlmanlar arasında təfriqələr törətmək , siyasi və əxlaqi pozğunluqları yaymaq , istedadları və elitaları hədələmək yaxud onları aldadıb özünə tərəf çəkmək , xalqları iqtisadi təzyiqlərə məruz etmək və islami dəyərlərdə şübhələr və tərəddüdlər törətmək kimi planları və metodlarını dəqiqləşdirmək , tanımaq və onların bilərəkdən yaxud səhvən əl-altısına çevrilmiş asılı amillərini müəyyən etməkdir.
Amerika başda olmaqla imperialist hökumətlər , geniş və müasir informasiya vasitələrindən faydalanaraq öz həqiqi üzlərini gizlədirlər və insan haqlarını müdafiə və demokratiya iddiası ilə xalqların ümumi düşüncəsi qarşısında hiyləgər rəftarlara əsaslanırlar. Onlar elə bir halda xalqların haqlarını müdafiədən dəm vururlar ki , müsəlman xalqlar , hər gün keçmişdəki ilə müqayisədə daha da çox onların fitnələrinin alovlarını cism və canları ilə döyür-hiss edirlər.
Sionist rejim və onun himayədarlarının ağır cinayətlərini hər gün görüb , hiss edən məzlum Fələstin xalqına , yaxud Əfqanıstan , Pakistan və İraq kimi ölkələrin imperialistlərin və onların regiondakı əl-altılarının terrorçu əməllərindən həyatı acılarla dolmuş xalqların yaxud Bəhreyn və Myanmanın unudulmuş müsibətli müsəlmanlarına , ya da Amerika və onun müttəfiqləri tərəfindən müxtəlif yollarla o cümlədən , hərbi hücum yaxud iqtisadi blokada, ya təxribatlarla hədələnən digər xalqlara bir baxışla , hegemonçu quruluş başçılarının həqiqi simasını görmək olar.
İslam dünyasının hər bir yerində bütün dini , mədəni və siyasi öncüllər və elitalar , mütləq bu həqiqətləri ifşa edib üzə çıxarmaq istiqamətində öhdəlik qəbul etməlidirlər. bu bizim hamımızın əxlaqi və dini vəzifəmizdir.
Bu gün ən dərin daxili ixtilaflara məruz qalmaları dərin təəssüf doğuran Afrikanın şimalındakı ölkələr ,başqaları ilə müqayisədə bu mühüm məsələyə yəni düşməni və onun metodları və hiylələrini dəqiqləşdirmək və tanımağa daha artıq diqqət yetirməli və daha artıq məsuliyyət qəbul etməlidirlər. Bu ölkələrdə daxili müharibə təhlükəsindən qafil olmaq və milli cərəyanlar arasındakı ixtilafların davam etməsi çox böyük bir təhlükədir ki , onun xəsarətləri bütün islam ümmətinə dəyəcək və tezliklə də ödənilməyəcəkdir.
əlbəttə bizim şübhəmiz yoxdur ki, regionun ayağa qalxmış xalqları İslami Oyanışa məna verdiyi kimi Allah-Təalanın izni ilə zaman əqrəbələrinin geri dönməsinə və pozğun , asılı və diktatora hakimiyyətinin təkrarlanmasına icazə verməyəcək və düşmənlərin işini çətinləşdirəcək və izzət , təhlükəsizlik və rifahı tezliklə əldə edəcəkdir.
Biz , xalqların gücünə və həkim olan Allahın xalq kütlələrinin bəsirəti , imanı və əzmkarlığında qərar verdiyi misilsiz gücə ürəkdən inanırıq və onu İran İslam Respublikasının 30 ildən çox olan ömrü boyunca öz gözümüzlə görmüşük və bütün varlığımızla sınamışıq. Bizim himmətimiz , bütün müsəlman xalqları bu başıuca və sarsılmaz ölkədəki qardaşlarının təcrübəsindən faydalanmağa çağırışdır.
Allah-Təaladan müsəlmanların səlahi-halını və düşmənlərin fitnələri və hiylələrinin dəf olunmasını istəyirəm və bütün Beytüllah hacıları üçün məqbul Həcc , cism və cansağlığı və dolğun mənəvi ehtiyat və zəxirə diləyirəm.

والسلام علیکم و رحمت الله

Seyyid Əli Xamenei

1434-cü hicri qəməri ili zihəccənin 5-i
1392-ci günəş ili mehr ayının 19-u

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button