AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İslam inqilabının böyük rəhbəri: Tehran-Bakı əlaqələrinin əleyhinə olanların hərəkətlərinin qarşısında dayanmaq lazımdır

İslam inqilabının böyük rəhbəri bildiriblər: İran və Azərbaycan Respublikası arasında yaxın qardaş münasibətlərinin müxalifləri də var və onların təxribatçı hərəkətləri və pis niyyətləri qarşısında dayanmaq lazımdır.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü axşam çağı Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə iki ölkə arasında dərin bağlılıqlara və əməkdaşlıqların genişləndirilməsinin vacibliyinə toxunaraq deyiblər: İran və Azərbaycan Respublikası əlavə stimul və iradə ilə müxtəlif sahələrdə əlaqələr və əməkdaşlıqları genişləndirməlidirlər.

Həzrət Ayətullahül-üzma Xamenei Azərbaycan Respublikası xalqının böyük əksəriyyətinin İran və İraqda olduğu kimi ismət və təharət əhli-beytinin(ə) davamçıları olduğunu xatırladaraq bildiriblər: Bu səmərəli fürsət və Azərbaycan Respublikasında şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır ona görə ki, bunlar Azərbaycan Respublikası ölkəsi və xalqının mentalitetini gücləndirir.

İslam inqilabının böyük rəhbəri Sovet İttifaqının marksizmə rəvac verməkdə və dini unutdurmaqdakı səylərində uğursuz qalmasının səbəbinin Azərbaycan Respublikası xalqının möhkəm imanı olduğunu bildirərək deyiblər: Bu il məhərrəm ayındakı möhtəşəm mərasimlər Azərbaycan Respublikası xalqının sarsılmaz imanının nümunəsi idi.

Bu görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev də İranda olmağı öz evində olmaq kimi hesab etdiyini bildirib və son illər ərzində iki ölkə arasında əməkdaşlıqların gözə çarpacaq dərəcədə inkişaf etdiyini xatırladıb və deyib: Azərbaycan Respublikası İran ilə əlaqələrində möhkəm iradəyə malikdir və kimsəyə iki ölkə əlaqələrinə müdaxilə etmək yaxud təxribat yaratmaq icazəsi verməyəcək.

Azərbaycan Respublikası prezidenti Tehran ilə Bakı arasında iqtisadiyyat, mədəniyyət, investisiya, enerji, nəqliyyat sahələrində əməkdaşlıq nümunələrinə toxunaraq, Azərbaycan dövlətinin ölkədə məscid inşası sahəsindəki səylərindən danışıb və belə deyib: Azərbaycan İran ilə iqtisadi və mədəni əlaqələrini möhkəmləndirməkdədir və bu əlaqələrin davamlı olmasında ciddi əzmkarlığa malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button