ArxivXəbər lentiXəbərlər

İslam İnqilabının Böyük Rəhbəri “RİO-2016” olimpiya oyunlarından geri qayıdan İranın idman karvanını alqışlayıblar

Həzrət Ayətullahülüzma Xamenei 31-ci Yay Olimpiya Oyunlarının medalistlərini və bütün idmançıları, onların məşqçilərini və idman karvanının bütün üzvlərini alqışlayıblar.

İslam İnqilabının Böyük Rəhbərinin ofisi tərəfindən yayılan məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei 31-ci Yay Olimpiya Oyunlarından qayıdan İranın idman karvanının üzvlərinə ünvanlanmış müraciətlərində deyiblər: Medalları ilə İran xalqının sevincinə səbəb olan qəhrəmanlara, hakim ədalətsizliyi üzündən haqqından məhrum olan pəhləvanlara, uğursuzluqları zəhmətləri və səylərinin dəyərinə mənfi təsir buraxmayan idmançılarımıza, iranlı qadın geyimini dünyanın gözləri önünə sərgiləyən qadın idmançılarımıza, öz kamil hicabı ilə idman karvanının alnında bir ulduz kimi parlayan qadın idmançımıza, onların məşqçilərinə və qocaman idmançılarımıza xoş gəlmişsiniz deyirəm və hamınıza təşəkkür edirəm.

İranın idman karvanı 31-ci Yay Olimpiya Oyunlarını başa vuraraq, 3 qızıl, 1 gümüş və 4 bürünc medal ilə Braziliyada keçirilən yarışları 25-ci pillədə başa vurdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button