ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslam İnqilabı İranı tənəzzüldən xilas etdi

Həzrət Ayətullahuluzma Xamenei bu gün bu görüşdə deyiblər ki: İran gəncləri inqilabın qələbəsindən sonra da bütün hadisələrdə sinə gərdilər. Onlar müxtəlif fitnələrdə düşməni məğlub etmək və təhdidləri fürsətlərə çevirməklə İrana izzət və başıucalıq bəxş etdilər.Şəhidləri İran tarixinin böyük qəhrəmanları adlandıran İslam İnqilabının Böyük Rəhbəri «Qurani», «cihadi», «insani» və «ictimai» cəhətlərdən şəhid ailələrinin yüksək mövqelərini bəyan ediblər. O həzrət incəsənət və media əhlini şəhidlərin xatirələrinin sənətkarcasına yaşadılması və gənc nəsil üçün meyaryaratma sahələrində daha artıq səyə çağırıblar.Həzrət Ayətullahuluzma Xamenei şəhidlərin ataları, anaları və həyat yoldaşlarını/ müqəddəs müdafiə, təhlükəsizlik, hərəm və müqəddəs məkanları müdafiə, həmçinin ötənilki olaylar kimi hadisələrlə mübarizənin qəhrəman şəhidlərinin xatirələrinin misilsiz xəzinəsi adlandırıblar.

Bu qəhrəmanların davranışları, əxlaqi xüsusiyyətləri, yaşayış tərzləri və onların həyat əhvəlatları/ ictimaiyyət, xüsusən yeniyetmə və gənclər üçün meyaryaradandır/ və şəhid ailərlərinin xatiərlərinin yayılması/ bu meyaryaratmada mühüm rol oynayacaq- deyə, İnqilab Rəhbəri qeyd ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button