ArxivXəbər lentiXəbərlər

İŞİD və “Taliban” barışdı: Keçmiş SSRİ ölkələri təhlükədə (Təfərrüat)

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə əsasən, “The Wall Street Journal” qəzeti yazır ki, “Taliban” ekstremist hərəkatı və İŞİD terror qruplaşması Əfqanıstanda atəşkəsə dair saziş bağlayıblar. Saziş onlara Kabul hökumətinin və ABŞ-ın başçılıq etdiyi NATO qruplaşmasına qarşı hərbi əməliyyatların üzərində diqqəti cəmləşdirməyə imkan verib. Bu günlərin amansız düşmənlərinin barışığından nələri gözləmək olar?

Terrorçuların əməkdaşlığı…

Terrorçuların əməkdaşlığı bir neçə aydır ki, davam edir. Onun nəticəsi olaraq, İŞİD şərqi Nanqərhar əyalətində əfqan hərbçilərini dəstəkləyən amerikan hissələri ilə mübarizədə diqqəti bir yerə toplaya və şimala – Kunar əyalətinə keçə bilib, “The Wall Street Journal” yazır.

“Taliban” ilə sülh həmçinin İŞİD-ə öz terror hücumlarının coğrafiyasını genişəndirməyə də imkan verib. Belə ki, İŞİD Kabulda son 15 ildə olan ən iri terror aktınının məsuliyyətini öz üzərinə götürüb: iyul ayının 23-ü şiələrin dinc nümayişi zamanı kamikadze kütlənin arasında özünü partladıb, 85-dən çox insan həyatını itirib, 300-dən çox insan yaralanıb. Əgər ikinci terrorçunun da “canlı bomba” kəməri işə düşsə və polislər üçüncü terrorçunu o partlayıcı işə salmazdan əvvəl güllələyə bilməsə idi, o zaman qurbanların sayı daha çox ola bilərdi.

“İŞİD 2014-cü ildən bəri Əfqanıstanda fəaliyyət göstərir və hələ ki, onun oradakı mövqeləri bir o qədər də güclü deyil”, – şərqşünas, müasir Əfqanıstanın araşdırma Mərkəzinin mütəxəssisi Dmitriy Verxoturov RT-yə verdiyi müsahibədə bildirib.

– Ölkədəki İŞİD dəstələrinin sayı 1,5-2 min nəfər təşkil edir. Dəstələrdən biri ölkənin şərqində Nanqərharda, ikinci – qərbdə, Herat əyalətində, üçüncü isə – şimalda, Kunar əyalətində yerləşir, hazırda onlar burada taliblər ilə birgə fəaliyyət göstərir.”

Keçmiş SSRİ ölkələri təhlükədə…

Müşahiidəçilərin fikrincə, Nanqərharda olan İŞİD dəstəsi öz fəaliyyət zonasını genişləndirməyə hazırlaşır və bəlkə də, qonşun Kunar və Nuristan əyalətlərində hücum cəhdlərinə girişə bilər. O, Kunar və Nuristandan Tacikistan və Çinlə qonşu olan Bədəxşana çata bilər. Taliblər isə öz səyləri iki şimal əyalətlərində – Qunduz və Bağlanda cəmləşdiriblər. Qunduz əyaləti Tacikistanla həmsərhəddir. “Hazırda İŞİD “Taliban” tərəfdən dəstək almadan fəaliyyət göstərə bilməz, çünki Taliban, İŞİD-in silah, hərbisürsat, ərzaq ala biləcəyi bütün nəqliyyat yollarını və yükboşaltma bazalarına nəzarət edir – Dmitriy Verxoturov qeyd edib. – Bu qruplaşmaların ittifaqıdan Mərkəzi Asiyanın keçmiş sovet respublikalarına da təhlükə potensial təhlükə saçılır. Əfqanıstanda taliblərin tərəfində vuruşmuş xarici yaraqlıların əksəriyyəti Özbəkistan İslam hərəkatından olan özbəklər və taciklərdir. Hazırda onların bir çoxu İŞİD-ə qoşulublar, odur ki, İŞİD-in keçmiş SSRİ-dən olan mühacirlər dəstəsini yaratmaq üçün “əsası” var. Bu həyəcan siqnalıdır.”

Kabuldaki iyul terror aktından sonra hökumət qoşunları İŞİD dəstələri üzərinə hücumu başladılar. Əfqanıstan müdafiə nazirliyi bildirib ki, Nanqərhar əyalətində hava zərbələri nəticəsində 70 xarici muzdlu – ərəblər, pakistanlılar, taciklər, çeçenlər və özbəklər də daxil olmaqla, 230 terrorçu məhv edilib.

Onların şəxsiyyətləri üzərlərindən tapılmış şifrələnmiş vəsiqələr əsasında müəyyən edilib. Nanqərhar əyalətində İŞİD-ə qarşı birgə əməliyyatda iştirak üçün Pentaqon parallel olaraq Əfqanıstana əlavə amerika qoşun hissələri atır (göndərir). 2014-cü ilin dekabr ayında təhlükəsizliyə yardım Beynəlxalq güclərinin çıxarılmasından sonra, ölkədə ABŞ-ın başçılıq etdiyi qeyri-döyüş NATO missiyası qalır. Onun rəsmi elan edilmiş sayı – 13 min nəfərdir. Amerikan general Con Nikolsonun komandanlığı altında olan “Qəti dəstək” missiyasının məqsədi əfqan təhlükəsizlik qüvvələrinin, polisin və hərbi qulluqçularının əməkdaşarının təlim edilməsi və mütəxəssisliyinin artırılmasındadır.

“İŞİD qruplaşması Əfqanıstanda, demək olar ki, sırf yeni bayraq altına keçmiş taliblər ilə təmsil olunub. Bu onunla əlaqədardır ki, bir neçə illik məğlubiyyət və uğursuzluqlardan sonra terrorçuların bir qismi müəyyən dərəcədə “Taliban” rəhbərliyindən ümidlərini kəsiblər, – deyə RT-yə verdiyi müsahibədə Yevgeniy Mixaylov bildirib. – Taliblərin bu hissəsi (İŞİD-ə qoşulan taliblər – red.), sərt və qaniçən propaqandalı yeni təşkilat yaranan zaman, üstəlik də tez bir zamanda beynəlxalq “şöhrət” qazanmış təşkilatə görən zaman, İŞİD rəhbərliyinə könüllü şəkildə beyət ediblər.”

Baxış bucaqlarındaki ixtilaflar

Mixaylov hesab edir ki, taliblər və İŞİD arasında olan sülh konyuktur xarakter (şəraitə görə formalaşan hal) daşıyır və istənilən an pozula bilər. “Düşünmürəm ki, “Taliban” öz Əfqanıstandaki mövqelərini güzəştə getsin, – politoloq RT-yə müsahibəsində qeyd edib. – Bu müvəqqəti ittifaqdır, iki-üç əməliyyatlıq, və daha sonra onlar yenidən bir-birilərini məhv etməyə başlayacaqlar. Taliblər və İŞİD arasında ciddi ideoloji və dünyagörüşü ixtilafları mövcuddur. Taliblər yalnız Əfqanıstanı nəzarət altında tutmaq istəyirlər, “konservativ islamizmi” əldə bayraq edirlər və, əsasən puştunlardan ibarət olaraq, tayfa adətlərinin böyük təsiri altındadır. İŞİD isə nəhəng ərazilərdə qlobal xilfətin yaradılmasını xəyal edir.”

Bazar günü – avqust ayının 7-si, İŞİD terrorçuları amerika silahı və təchizatının təsvir olunduğu şəkillər paylaşıblar. Silah və təchizat Nanqərhardaki döyüşlər zamanı ələ keçirilib. Terrorçular həmçinin ABŞ Ordusu kapralı Rayan Larsonun adına olan sənədləri də nümayiş etdiriblər. Kabuldaki amerikan komandanlığı nümayəndəsi Ron Flisvinin sözlərinə görə, bu hərbi mütəxəssis (Rayan Larson – red.) öz hissəsindədir. “Larson Əfqanıstan hərbiqulluqçuları ilə birgə keçirilən əməliyyatı həyata keçirən dəstəyə təhkim edilmişdi. Əsgər “kartoçkası” və təchizatı bir hissəsi onun (əməliyyatın) bitməsindən sonra tərk edilib (atılıb)”, – Flisvin deyib. O, bildirib ki, Pentaqon silah və hərbi geyiminin kim tərəfindən və nə üçün döyüş meydanına atıldığını müəyyən etməyə çalışır.

Xatırladaq ki, may ayında ABŞ-a məxsus pilotsuz təyyarənin atdığı raketlə “Taliban” lideri – molla Əxtar Mənsur öldürülmüşdü. ABŞ prezidenti bu hava zərbəsini “Əfqanıstanda sülhün təmin edilməsi və tərəqqi üzrə mühüm səylərin” bir hissəsi və talibləri Kabuldaki hökumətlə danışıqlara itələmək üçün “yaxşı məqam” adlandırıb. “Taliban” bu fürsətdən istifadə etməlidir və uzunsürən münaqişənin dayandırılması üçün yeganə real yolu seçməlidir – əfqan hökuməti tərəfindən keçirilən və möhkəm sülh və tərəqqinin bərqərar edilməsinə aparan barışıq prosesinə qoşulmalıdır”, – Obama bildirib.

Lakin “Taliban” Kabul hökuməti ilə danışıqlar üçün “yaxşı məqamdan” istifadə etmədi. ABŞ administrasiyasının gözləntilərinə zidd olaraq, hərəkat amerikan və əfqan hökumət qoşunlarına qarşı hərbi əməliyyatların aktivləşdirilməsi üçün İŞİD-lə taktiki ittifaq bağlayıb. Öldürülmüş Əxtar Mənsurun yerinə isə öz lideri olaraq onun keçmiş müavini , “şəriət hakimi” Heybətullah Axundzadəni seçib. İyun ayında “Əl-Qaidə” terror qruplaşmasının lideri Əyman əz-Zəvahiri ona sədaqət andı içib.

Tərcümə İslamazeri.az tərəfindən edilib/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button