ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İŞİD terror şəbəkəsinin azərbaycanlı üzvü həbs edilib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə Zülfüqarov Kamran Azər oğlunun qeyri-leqal yolla Azərbaycana gəlməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar nəticəsində məlumat təsdiqini tapıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində K.Zülfüqarovun gizləndiyi yer müəyyən edilib və o saxlanılıb. Qeyd edək ki, Kamran Zülfüqarovun İŞİD terror qruplaşmasının üzvü olub. O, Suriyada xüsusi təlimlər keçib və bir sıra ağır cinayətlərə imza atıb. Belə ki, onun da daxil olduğu cinayətkar dəstənin üzvləri, ələ keçirdikləri şəxslərin başlarini kəsməklə, onlara müxtəlif işgəncələr verməklə öz qəddarlıqlarını nümayiş etdiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button