ArxivXəbərlər

İŞİD Səfəviləri pislədi

İŞİD qüvvələri Mosulu ələ keçirdikdən sonra şəhərdə keçirdikləri dırnaqarası hərbi paradda yerli sakinlərə yeni hakimiyyət formasının tanıtımı məqsədi daşıyan xüsusi broşuralar paylayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kağızların girişində belə qeyd olunur: “Biz kimik? Biz İraq və Şam İslam dövlətinin əsgərləriyik. Biz İslam Xilafətinin keçmiş qüdrətini bərpa etməyə, bacı-qardaşlarımızı qurtarmağa və insanların boğazına sarılan şiə “ilanını” kəsməyə çalışırıq”.
Broşurada insanların yeni rəhbərliyinin icazəsi olmadan toplaşmasına qadağa qoyulduğu və qaydanı pozanların edam olunacağı bildirilir. Qadınların örtülü geyimlər geyməsi və evlərdən bayıra çıxmaması xəbərdar edilib. Ekstremistlər eyni zamanda qədim Səfəvilər dövlətini də pisləyib.
“Siz dünyavi idarə-üsulu, monarxiya, respublika gördünüz, əsrlər boyu üzərinizdə Bəsslər, Səfəvilər sülaləsi hökmranlıq etdi. İndi isə İslam dövlətinin və İmam Əbu Bəkr Əl Qureyşinin hakimiyyətinin vaxtı gəlib”, – deyə İŞİD qruplaşmasının lideri bildirib.
Bu gün isə terrorçular girov götürdükləri Türkiyə vətəndaşı olan TİR sürücülərini öldürməklə hədələyib.
Onlar Türkiyə tərəfinə mesaj göndərərək bildiriblər ki, sürücülərin azad edilməsi üçün 5 milyon dollar fidyə verilməlidir. Terrorçular pulların verilmədiyi təqdirdə hər gün bir türk sürücünü öldürəcəklərini bəyan edib.
Həmçinin İraq Şam İslam Dövləti qruplaşmasının döyüşçüləri Mosul şəhərində 16 Gürcüstan vətəndaşınını girov götürüblər. Bu haqda BMT-ın insan hüquqları üzrə baş komissarının mətbuat katibi Rupert Kolvill xəbər verib.
BMT-nin nümayəndəsi həmçinin polis və ya təhlükəsizlik xidmətlərində işləmiş 30 mülki şəxsin edam edilməsil haqqında məlumatlar olduğunu da qeyd edib. Onun sözlərinə görə,4 qadın terrorçular tərəfindən zorlandığına görə intihar edib.
BMT-nın məlumatına görə, şimali İraqa ekstremistlərin hücumu nəticəsində həlak olmuş mülki şəxslərin sayı bir neçə yüz insana çatır, yaralıların sayı minə yaxınlaşır./Oxu.Az/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button