ArxivXəbər lentiXəbərlər

İŞİD-in tərkibində 5 min özbək terrorçu var

Özbəkistan Milli Təhlükəsizlik Nazirliyi məlumatı təsdiq edib
İslamazeri.az-ın Özbəkistan mediasına istinadən verdiyi xəbərə görə, Özbəkistan Milli Təhlükəsizlik Nazirliyi hazırda İŞİD sıralarında 5 min Özbəkistan vətəndaşının olduğunu bildirib. Terrorçuların ABŞ və Rusiya daxil olmaqla, bir çox ölkələrdə qadağan olunan Özbəkistan İslam Hərəkatına mənsub olduqları bildirilir. Özbəkistan rəhbərliyi İŞİD terror təşkilatına beyət edən terrorçuların qonşu Əfqanıstanda da terror planları həyata keçirməsindən narahatdır. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Bəxtiyar Şarafov İŞİD terrorçularının Türkmənistan sərhədi boyunca saxlanıldığı və Özbəkistan sərhədində fəallığını artırdığı məlumatının Əfqanıstan təhlükəsizlik xidmətləri tərəfindən də təsdiqləndiyini açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button