Islam

VILAYƏTSIZ ƏMƏL QƏBUL DEYIL.

Xarəzmi adlı böyük əhli-sünnə alimi Peyğəmbərimizindən (s.a.a.) belə bir hədis nəql edir ki, buyurub: “Ey Əli! Əgər bir bəndə Nuh Peyğəmbərin (ə.) ömrü qədər namaz qıla və onun Uhud dağı çəkisində qızılı ola və onu Allah yolunda nəfəqə verə və ömrü o qədər uzun ola ki, 1000 dəfə piyada Həccə gedə və səfa-mərva dağları arasında məzlumcasına öldürülə, ancaq sənin vilayətini (hökmdarlığını, rəhbərliyini) qəbul etməsə ey Əli! Həmin şəxs cənnətin iyini duymayacaq və ora daxil ola bilməyəcəkdir” (Sənəd: “Mənaqib” Xarəzmi səh.68; “Yənabiul Məvəddə” Qunduzi c.2,səh.293).
Zəhəbi kimi təəssübkeş və həsəd edən alimlər bu hədisin sənədinin zəifliyinə heç bir sübut tapa bilməyib demişdir: “Qəlb(im) şəhadət verir ki, bu yalandır” (Qeyd: Cənab Zəhəbi çünki sənin qəlbində xəstəlik olub, gərək mücalicəsin etdirəydin, ancaq artıq gecdir);
İbni Əsakir adlı böyük əhli-sünnə alimi öz “Tarixu Mədinəti Diməşq” əsərində c.41,səh.335-də yuxarıdakı hədisə oxşar bir hədis rəvayət edir ki: Peyğəmbər (s.a.a.) buyurur: Əgər bir bəndə 3 min il Səfa və Mərva arasında ibadət edə və bizim məhəbbətimizi dərk etməsə (qazanmasa, əldə etməsə) Allah onu təpəsi aşağı (üzü aşağı) odun içinə atacaqdır. (Sənəd: “Şəvahidut-Tənzil” Hakim Həskani, c.2.səh.203);
Cuveyni adlı böyük əhli-sünnə alimi ki, Zəhəbinin ustadı olub və Zəhəbi onun haqqında “Əl-İmamul-Əv-Hədu” (“Ən birinci imam”) ifadəsini işlədib. Öz “Fıraidus-Səmteyn” adlı kitabında nəql edir ki: Peyğəmbər (s.a.a.) buyurdu: “Qiyamət günündə əvvəlki ümmətləri və axırıncı ümməti toplayarlar və cəhənnəmin bəndinin üzərindən sirat (sirat körpüsünü) salarlar və o körpüdən, içərisində Əli ibni Əbi Talibin (ə.) vilayətini qəbul etmişdir yazılmış icazə namə olmadan heç kəs keçə bilməz (və icazənaməsi olmayan cəhənnəmə düşər), bu Allahın “Vəqifuhum innəhum məs-ulum” (Səffat, ayə 24) ayəsinin təfsiridir. “Onları saxlayın (durdurun) onlar sorğu-sual olunacaqlar”-yəni Əli ibni Əbi Talibin (ə.) vilayəti haqqında soruşulacaqlar” (Sənəd: “Fəraidus-Səmteyn” Cuveyni c.1,səh.289; “Yənabiul-Məvəddə” Qunduzi, c.1,səh.338; “Riyazun-Nəzirə” c.3,səh.116);
Başqa bir rəvayətdə deyilir ki: Peyğəmbərimiz (s.a.a.) demişdir: “Biz Əhli-Beytin (ə.s.) məvəddətini özünüzə lazım (vacib) bilin (məvəddət-sevdiyinin sözlərinə itaət etmək deməkdir, məhəbbətin ən uca zirvəsidir). Və hər kəs ki, Allahın görüşünə bizim məvəddətimizlə gəlsə, şəfaətimizlə cənnətə daxil olar, canım əlində olan Allaha and olsun ki, heç bir bəndənin əməli ona fayda verməz, əgər bizim haqqımızı (hüququmuzu) tanımasa” (Qeyd: Əziz müsəlmanlar Əhli-Beyti (ə.) tanımağın (mərifətin) yollarından biri də, onların düşmənlərinin kimlər olduğunu bilməkdir, pis olmasa yaxşı tanınmaz, elə isə Əhli-Beytin (ə.) düşmənlərini tanımağa çalışın ki, Əhli-Beyti (ə.) daha yaxşı tanıyıb, sonra da onlara əbədi sevgi bəsləyəsiniz və Allahın sonsuz rəhmətinə nail olasınız. Və bilin ki, hədisdə olan məhəbbətin mənası təkcə sevmək deyil, həm də hər kəs özünü onlara sevdirməlidir, bunu yaddan çıxarmayın) (Sənəd: “Əl-Mucəmuləvsat” Təbərani, c.2,səh.360; “Məcməuz-Zəvaid” Heysəmi, c.9,səh.172; “Yənabiul-Məvəddə” Qunduzi, c.2,səh.272; “Əhyaul-Meyyit” səh.111; “Əs-Səvaiqul-Muhriqə” ibn Həcər Heysəmi, səh.138).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button