ArxivXəbər lentiXəbərlər

İş axtaran artır, iş yeri yox

“Exo” qəzetində “Azərbaycanda işçi qüvvəsi çoxdur, amma insanlar iş tapa bilmirlər” sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, son illər ölkədə əməyin məhsuldarlığı çox aşağı düşüb. Manatın devalvasiyası, neft gəlirlərinin və əhalinin qazancının kəskin azalması bunun əsas səbəbidir.

Qəzetə danışan ekspertlər bildiriblər ki, hazırda əhalinin çoxu iş axtarışındadır. Amma indi əlverişli iş tapmaq çox çətindir.

Ekspertlər hesab edirlər ki, demoqrafik vəziyyətdən irəli gələrək ölkədə işsizliyin səviyyəsi həmişə yüksək olacaq: “Ölkədə həddən artıq işçi qüvvəsi var və yaxın 20 ildə durum çətin ki, müsbətə doğru dəyişsin”.

Yazıda daha sonra Asiya İnkişaf Bankının bir sıra göstəricilərindən istifadə edilir. Müəllifin bildirməsinə görə, həmin göstəricilərdə vurğulanır ki, Azərbaycanda 36.3 faiz işçinin cəlb edildiyi kənd təsərrüfatı Ümumi Daxili Məhsulun cəmi 6.2 faizini, 6.9 faiz işçinin çalışdığı sənaye isə onun 47 faizini formalaşdırır.

Müəllif daha sonra yazır ki, bu illər bir sıra müəssisələr ya bağlanıb, ya da onlarda ciddi ixtisarlar aparıb. Bu da işsizlərin sayının artmasına əlavə təkan verib./maide/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button