ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca yerləşdiriləcək

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca sıfır xətti qorumaq üçün yerləşdiriləcək.
İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, Silahlı Qüvvələrin Baş Komandanı sözçüsü general-leytenant Yəhya Rəsul Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şia əs-Sudaninin İran və Türkiyə sərhədləri boyunca, sıfır xəttini qorumaq üçün İraq sərhəd qüvvələrinin yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.
Yəhya Rəsul İraq torpaqlarından istifadə edərək qonşu ölkələrə hücumu qəbul etmədiklərini və icazə verməyəcəklərini vurğulayıb.
İraqın bütün qonşu ölkələrlə yaxşı münasibətləri olduğunu bildirən Yəhya Rəsul deyib:
“Biz əlaqələrimizi İraq və qonşu ölkələrin maraqlarına uyğun inkişaf etdirmək istəyirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button