Islam

İranlıların İslamı qəbul etmələri necə baş verdi?

İranlıların İslamı qəbul etmələri barəsində bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:

1. Iranlıların İslamı qəbul etmələri tədricən baş verdi. İranlıların hamısı birdən, eyni zamanda İslamı qəbul etmədilər. İslam Peyğəmbərinin (s) besətindən 14 əsir ötməsinə baxmayaraq, indi də İran xalqı arasında İslamı qəbul etməyənlər var. Bəziləri zərdüşt dinində qalıb, bəziləri məsihiliyi, bəziləri isə yəhudiliyi qəbul ediblər.
2. İslam dini zühur etməsəydi, İranda qəbul olunan din zərdüşt dini olmayacaqdı. Çünki bu din öz cazibəsini itirmişdi və artıq xalq onu istəmirdi. Islam zühur etməyəcəyi halda İranda məsihiliyin zərdüşt dininin yerini tutması gözlənilirdi. Bunun əlamətləri görsənmişdi. Səbəbsiz deyil ki, İslam İrana daxil olduqdan sonra məsihilərin İslamla düşmənliyi şiddətləndi.
3. İranlıların böyük bir hissəsi müsəlmanlar qarşısında güc göstərmədilər və bu səbəbdən İslam dini tez bir zamnada İranda inkişaf etdi. Iran hökumətinin hərbi güclərinin məğlub olmasının yeganə səbəbi onların hərbi zəifliyi və ya müsəlmanların güclü ruhiyyədə olması deyildi. Əksinə, İran ordularının müsəlmanların hücumları qarşısında məğlub olmalarının əsas səbəbi İran xalqının öz hökumətindən və dinindən razı olmaması idi. Onlar döyüşmək istəmədilər, bəzən isə müsəlmanlarla həmkarlıqda etdilər. (Şəhid Mutəhəri, “İran və İslamın qarşılıqlı xidmətləri”, s.76)
4. Iran əhalisi Həzrət Rəsulun (s) həyatda olduğu zamandan İslam barəsində düşündülər, tədricən və istəklə onu qəbul etdilər. Islamı qəbul edən ilk iranlı Salman Farsi olub. (Zərkəli, “Əl-əlam”, c.7, s.194)
Səlman adi şəxs deyildi. O din başçılarından idi. Salmanın İslamı qəbul etməsi təbii olaraq digər iranlılara da öz təsirini qoydu. Salman mənəvi baxımdan o qədər yüksəlib, Peyğəmbərə (s) yaxınlaşdı ki, Peyğəmbər (s) bir rəvayətdə buyurdu: “Allah dörd şəxsi sevməyi mənə əmr etdi: Əli ibn Əbitalib (ə), Salman Farsi, Əbuzər və Miqdad.” (“Biharul-ənvar”, c.22, s.391, 321, 346, 326)
Digər bir hədisdə buyururlur: İmanın 10 dərəcəsi var Salman onuncu, Əbuzər doqquzuncu və Miqdad səkkizinci dərəcədədir.” (həmin mənbə, s.341, hədis 52)
Əslində Salman həmin dövrdə müsəlmanların rəhbəri olub.
Islamı qəbul etmiş ikinci iranlı Bazan ibn Sasan olub. Bazandan sonra Yəmən sakini olan bir çox iranlılar Peyğəmbərin (s) dövründə müsəlman oldular. Bazan özü İslam Peyğəmbərinin (s) diqqətində olub. Bu iranlılar əziz Peyğəmbərin (s) dövründə meyl və rəğbətlə İslam dinini qəbul ediblər. Onların İslamı qəbul etməsində heç bir zor tətbiqi və ya hədə-qorxu amili olmayıb.
Tarixdə yazılır: Peyğəmbər (s) hicrətin 6-cı ilində ölkə başçılarına, padşahlara məktub yazdı, onları İslama dəvət etdi. İslam Peyğəmbəri (s) İran padşahı Xosrov Pərvizə məktub yazdı və onu İslama çağırdı. Məktubun mətni belə idi: “Rəhman və Rəhim Allahın adı ilə. Allahın elçisi Məhəmməddən böyük İran padşahına. Hidayətə tabe olan, Allaha və onun elçisinə iman gətirən, Allahdan başqa heç bir məbudun olmadığına, onun şəriki olmadığına və Məhəmmədin onun bəndəsi və elçisi olduğuna şəhadət verən şəxsə salam olsun.
Səni Allahın dəvəti ilə İslama çağırıram. Çünki mən Allahın hamıya doğru göndərdiyi şəxsəm. Qəlbi oyaq olanları çəkindirənəm və kafirlər üçün Allahın verdiyi vədin gerçəkləşməsi vasitəsiyəm. Allaha təslim ol, yoxsa zərdüştlərin günahı sənin boynuna düşəcək.” (“Məkatibul-rəsul”, s.90; Tarixi-Təbəri, c.2, s.295, beyrut çapı)
İran padşahı məktubu cırdı və dedi: Görün kim mənə məktub yazıb?! O ki mənim qulumdur.(Təbəri, c.2, s.295, 296)
Peyğəmbərin (s) elçisi Mədinəyə qayıdıb, İran padşahının məktubu cırmasını Peyğəmbərə (s) xəbər verdi. Həzrət buyurdu: “Allah hökumətini parçalasın.” (həmin mənbə)
Xosrov Pərvizin Yəməndəki nümayəndəsi Bazan adlı şəxs idi. Xosrov Pərviz Bazana yazdı: “İki nəfəri Mədinəyə göndər, bu şəxsi mənim yanıma gətirsinlər.” Bazan Babiveyhi başqa bir şəxslə Mədinəyə yolladı. Bazan Həzrəti Məhəmmədə (s) məktub yazdı və məktubda təkidlə bildirdi ki, bu iki şəxslər İrana Xosrovun yanına getsin. Babiveyh və başqa bir şəxs Mədinəyə getdilər. Babiveyh Həzrət Məhəmmədə (s) dedi: Məni Bazan göndərib ki, səni İran padşahı Xosrovun yanına aparam. Əgər bizimlə İrana getsən bu sənin üçün daha yaxşı olar. Yoxsa İran padşahı səni məhv edəcək.
Peyğəmbər (s) onlara dedi: Gedin, sabah gəlib cavabınızı alın. Onlar getdilər. Həmin an Peyğəmbərə (s) vəhy olundu ki, Xosrov Pərviz oğlu tərəfindən öldürüldü. (hicrətin 7-ci ili, cəmədiyul-əvvəl ayının 10-u, həftənin ikinci günü gecədən 6 saat keçmiş vaxtda Xosrov Pərviz öldürüldü.) Həmin iki şəxs yenidən Peyğəmbərin (s) yanına gəldilər. Peyğəmbər (s) onlara dedi: Xosrov Pərviz oğlu tərəfindən öldürüldü. Geri qayıdın və padşaha deyin: Əgər İslamı qəbul etsən əlindəkiləri itirməyəcəksən.
Babiveyh Yəmənə qayıtdı, baş verənləri Bazana dedi. Bazan dedi: Padşahlar belə danışmır, məncə o peyğəmbərdir. Gözləyək, onun sözlərinin doğru olub, olmayacağını görək. Əgər sözləri doğru olsa, demək o peyğəmbərdir. Yox, əgər doğru olmasa, lazım olanları edərik.
Bir neçə gün sonra İranın yeni padşahı Şireveyhdən Bazana məktub gəldi. O Bazandan xalqı ona itaətə çağırmasını istəmişdi. Şireveyh yazmışdı ki, Məhəmmədlə işiniz olmasın.
Şireveyhin məktubu çatan kimi Bazan İslam Peyğəmbərini (s) qəbul etdi. Bazanla birlikdə Yəmən iranlıları da Peyğəmbərə (s) iman gətirdilər. (Təbəri, c.2, s.296)
Peyğəmbər (s) Bazanı müsəlman olduqdan sonra öz vəzifəsində saxladı. Bazan dünyasını dəyişdikdən sonra Həzrət onun oğlu Şəhr ibn Bazanı Yəmən hakimi təyin etdi. Bazan və oğlu İslam yolunda çox çalışdılar. Şəhr ibn Bazan Yəməndə peyğəmbərlik iddiası edən Əsvəd Ənsi ilə döyüşdə şəhadətə çatdı. O İslam yolunda şəhid olan ilk iranlıdır. (“İslam və İranın qarşılıqlı xidmətləri”, s.62 dən sonra)
Əvvəldə qeyd etdiyimiz kimi Bazan və Yəmən sakini olan iranlılar Peyğəmbərin (s) öngörməsini müşahidə edib onun peyğəmbərliyinin haqq olamsına inandılar. Onların İslam hökmləri və qanunları barəsində məlumatları yox idi. Bu iranlılar Peyğəmbəri (s) haqq görüb İslamı qəbul etdilər.
Bəhreyn əhalisi də Peyğəmbərin (s) dövründə müsəlman oldu. Bəhreyn hakimi və orada məskunlaşan iranlılar, həmçinin yəmənli və digər məntəqədən olan iranlıların Peyğəmbərin (s) dövründə İslamı qəbul etmələri İran xalqına çox təsirli oldu. Demək olar ki, İran xalqının İslamı qəbul etmələrinin əsas səbəbi onların güvəndikləri alimlərin tövsiyələri nəticəsində əziz Peyğəmbərin (s) haqq olamasını müşahidə etmələri oldu. Onların İslamı qəbul etmələrində heç bir zor, hədə-qorxu amili müşahidə olunmur. Əksinə meyl və rəğbətlə İslamı qəbul etdikləri görünür.
Maraqlıdır ki, Maleziya, İndoneziya kimi cənub şərqi Asiya ölkələri və hətta bir çox Afrika ölkələri iranlıların vasitəsi ilə müsəlman olublar.
Zorla müsəlman olan və qəlbən İslama etiqadı olmayan şəxs İslamı bu qədər geniş şəkildə təbliğ edə bilərmi?! Islamın təbliği yolunda canından belə keçməyə hazır ola bilərmi?! Bir çox İslam elmlərinin banisi iranlılar olub və ya bu elmlər iranlıların vasitəsi ilə inkişaf etdirilib. “Fəsahət”, “bəlağət”, təfsir, fiqh, ərəb dilinin sərf və nəhv elmlərində bir çox böyük alimlər iranlı olub.
Xülasə, iranlıların İslamı qəbul etməsi bəzilərinin yazdığı kimi qılınc gücü ilə olmayıb. Adətən şərqşünaslar belə iddialar edirlər. Onlar İslamı qılınc dini kimi tanıtdırmağa çalışırlar. Həqiqətdə isə iranlılar İslamda gördükləri həqiqətlər səbəbindən müsəlman oldular. Əhalinin böyük bir hissəsi Sasanilərin zülmündən əziyyət çəkir, mövcud vəziyətin dəyişməsini istəyirdilər. Onlar İslam ordusundan zalım bir rejimi çevirmək üçün kömək istədilər. Islam ordusu iranlılar üçün azadlıq gətirdi. Bəzi tarixçilərin yazdığına görə İslam ordusu İrana daxil olduqda iranlılar Sasanilərin zülmü əleyhinə ədalətli İslam ordusuna kömək etdilər. Misal üçün 4 min iranlı əsgər Deyləmdən yüzlərlə kilometr məsafəni qət edib özlərini İslam ordusuna çatdırdılar. Və onların köməyinə tələsdilər. Həmçinin İran şahını iranlı bir dəyirmançının öldürməsinə işarə edə bilərik.
Islamın əvvəllərindəki savaşlarda müsəlmanların qələbəsinin səbəbi onların güclü hərbiyə malik olmaları deyildi. Həmin əsrdə İslamın tez bir zamanda genişlənməsinə səbəb olan İslamın şüarlarları və proqramları idi. Islami şüarlar o dövrün xürafi əqidələrinə və ayrıseçkilik əsasında qurulmuş cəmiyyətinə sürətlə təsir etdi. Insanlar dəstə-dəstə, şövqlə İslama gəlirdilər. Əslində İran və Romanın coğrafi sərhədləri fəth olmamışdan öncə İslamın haqq təlimləri və fitrətə uyğun dəyərləri sayəsində qəlblər fəth oldu. Islamın inkişafını asanlaşdıran qəlblərin fəth olunması idi.
Təəssüf ki, bəziləri elə düşünürlər ki, İslam İran mədəniyyətinin məhv olmasına səbəb oldu. Lakin əslində həmin dövrdə İran mədəniyyətinin məhv olması və ya müsəlmanların İran mədəniyyətini məhv etmələri heç bir tarixi mənbədə yazılmayıb. Misal üçün müsəlmanların komandirlərindən biri üçüncü Yəzdgərdə deyir: “Biz xalqı insanların ibadətindən Allaha ibadətə və zülmdən uzaq olub ictimai ədalətə riayət etməyə dəvət etmək üçün gəlmişik.” Elə bu cümlə müsəlmanların yüksək düşüncəyə malik olduqlarını göstərir. Teodor Nöldekenin dediyi kimi İran sonuncu Sasani padşahı üçüncü Yəzdgərdin zamanında zəifləməyə başladı. Hər bir tərəfdən düşmənlər ona hücum etdilər, viran qoydular. Onun padşahlığından iki, yaxud dörd il ötdükdən sonra ərəblər İrana hücum etdilər. (Teodor Nöldeke, “Sasanilər dövründə İran və Ərəb tarixi”)
Məlum olur ki, Sasani hakimiyyətinin son dövrlərində İran viran olubmuş. O dövrdəki güclü ölkələr bu ölkəyə hücum edibmişlər. Sasani hökuməti özünü müdafiə edə bilmirmiş. Çünki siyasi və hərbi quruluş daxildən parçalanıbmış.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button