ArxivXəbər lentiXəbərlər

İranlı rejissorun Azərbaycan dilində çəkdiyi film beynəlxalq festivala çıxarılacaq

İranın tanınmış rejissoru Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Ev” filmi Tokioda keçiriləcək Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Tehranda keçirilən “Fəcr” Film Festivalında nümayiş olunaraq mükafata layiq görülən 78 dəqiqəlik “Ev” filmi bir ailənin üzvlərinin mənəvi dünyasının zənginliyindən bəhs edir. Yaşlı və varlı ailə başçısı vəsiyyət edir ki, öləndən sonra onun orqanları çıxarılaraq ehtiyacı olan xəstələrə bağışlanılsın. Lakin onun bu qərarı ailə üzvləri tərəfindən birmənalı qarşılanmır.

Rejissor Ə.Yusifinejad bildirib ki, bu, onun Azərbaycan dilində çəkdiyi son film olmayacaq. Onun sözlərinə görə, daha bir ssenari əldə edib və Azərbaycan dilində yeni film çəkməyi düşünür.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button