AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı idmançılar sionistlərlə yarışmaqdan imtina edərək əsl qələbə qazandılar

İslam İnqilabının Rəhbəri sionist rejim nümayəndələri ilə yarışmaqdan imtina etdiklərinə görə medala çatmaqdan məhrum edilməsinin əsl qələbə olduğunu bildirib və iranlı idmançıları buna görə təbrik edib.
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei sentyabrın 11-də bir qrup iranlı idmançı şəhid anaları və idmançı şəhidləri konqresi üzvlərini qəbul edib.
Ayətullah Xamenei bu görüşdə deyib: “İranlı idmançının sionist rejim nümayəndələri ilə yarışmaqdan imtina etdiyi üçün medaldan məhrum edilməsi əslində bir qələbədir” və vurğuladı ki, sionistlərlə yarışmaq qəsbkar və uşaq qatili rejimi tanımaq deməkdir.
Ayətullah Xamenei iranlı idmançılara öz namuslarını və milli reputasiyalarını qorumaq üçün davranışlarına diqqət etmələrini tövsiyə edib.
İslam İnqilabının Rəhbəri həmçinin yarış meydanında hicablı və kişilərlə əl sıxmaqdan imtina edən iranlı qadın idmançıları salamlayıb.
Lider çıxışının başqa yerində Ukrayna müharibəsindən sonra qərbin sanksiyalarına da toxunaraq, qərblilərin öz maraqları naminə qırmızı xətləri asanlıqla keçmələrini tənqid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button