ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı general Azərbaycanla olan sərhəd xəttindən danışdı

Qafqaz.ir Oxu.az-a istinadən xəbər verir ki, İranın Ərdəbil vilayətinə səfər edən İran İslam Respublikasının Təhlükəsizlik Qüvvələri komandanı, general Hüseyn Əştəri onun ölkəsinin şimal sərhədlərində hər hansı bir problemin mövcud olmadığını bəyan edib.

General Hüseyn Əştərinin açıqlamasını İranın İRNA agentliyi dərc edib.

“Biz şimal sərhədlərimizdə, xüsusən də Azərbaycanla sərhəddə heç bir problemlə qarşılaşmamışıq. Hazırda hər iki ölkə arasında trafik tam təhlükəsiz şəraitdə fəaliyyət göstərir”, – deyə iranlı general söyləyib.

Hüseyn Əştəri İran-Əfqanıstan sərhədindəki son vəziyyəti də şərh edib.

O bildirib ki, hazırda sərhəddə nəqliyyatın hərəkətinə hər hansı maneə yoxdur və qonşu dövlətlə sərhəd təhlükəsizliyi tam təmin ediləndən sonra əfqanlar rahat şəkildə öz vətənlərinə geri qayıda biləcəklər.a

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button