ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranla Səudiyyə Ərəbistanı diplomatik əlaqələri bərpa etməyə çalışırlar  

Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar münasibətlərin yaxşı səviyyəyə qayıtması mərhələsinə çatıb.” Mehr agentliyi xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əbulfəz Əmuyi deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı ilə danışıqlar, münasibətlərin yaxşı səviyyəyə qayıtması mərhələsinə çatıb. Amuyi bildirib ki, “iki ölkə arasında tezliklə diplomatik danışıqlar aparılacaq, çünki bu addımlar şübhəsiz ki, siyasi münasibətlərin canlanması üçün müqəddimə ola bilər”.

Amuyi qeyd edib ki, “İran Səudiyyə Ərəbistanının regional və beynəlxalq məsələlərdə mövqeyini tənqid edə bilsə də, bu, məsələləri izləmək və müxtəlif mövzularda fikir mübadiləsi aparmaq üçün ikitərəfli münasibətlərin mövcudluğunu inkar etmək anlamına gəlmir.”

“İkitərəfli münasibətlərin qurulması, möhkəmləndirilməsi və canlandırılması iş və vaxt tələb edən mühüm məsələdir və biz bu məqsədlərə dərhal nail olmağı gözləməməliyik, lakin bütün məsələlərdə bizim əsas diqqətimiz milli maraqların qorunub saxlanılması və təmin olunmasıdır”, – deyə İran rəsmisi əlavə edib.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button