ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Xoy rayonunda baş verən zəlzələdə 3,050 evə ziyan dəyib

İranın Qərbi-Azərbaycan əyalətinin Xoy rayonunda bir neçə gün öncə baş vermiş zəlzələnin vurduğu ziyanlar qiymətləndirilməkdədir. Burada 3,050 evə ziyanlar dəyib.
bunu Qərbi-Azərbaycan əyalətinin Mənzillər Fondunun baş direktoru Cəfər Bərzigər deyib.
Xoy rayonunda baş vermiş 5.9 ballıq zəlzələnin fəsadlarının və vurduğu ziyanların qiymətləndirilməsindən söz açan C.Bərzgər qeyd edib ki, bu zəlzələ nəticəsində rayonda 3,050 evə ziyan görüb.
Onun sözlərinə görə bu evlər 20-80 faiz ziyan görüblər.
C.Bərzgər əlavə edib ki, müxtəlif dərəcələrdə ziyanlara məruz qalmış evlər Xoy rayonunun 70 kənd və qəsəbəsindədir.
Qeyd edək ki, bu zəlzələ nəticəsində üç nəfər həyatını itirib və 980-ə yaxın insan yaralanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button