ArxivXəbər lentiXəbərlər

İranın Xarici İşlər Nazirliyi ABŞ hərbçisinin həbsini təsdiqləyib

  • İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi ABŞ vətəndaşı Maykl Uaytın saxlanıldığını təsdiqləyib.

XİN rəsmisi ABŞ vətəndaşının İranın şimal-şərqində, Məşhəd şəhərində saxlanıldığını deyib.

“İran Tehrandakı ABŞ Vətəndaşlarının maraqlarının qorunması Ofisi vasitəsilə Birləşmiş Ştatları ilk gündən Amerika vətəndaşının həbsi barədə məlumatlandırıb”, – deyə Qasemi vurğulayıb.

“Daha əvvəl “The New York Times” ABŞ-ın Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı Maykl Uaytın İran həbsxanasında olduğunu xəbər verib.

Maykl Uayt 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana gəlib. ABŞ-ın Kaliforniya ştatı sakininin nədə ittiham olunduğu məlum deyil.

ABŞ Dövlət Departamentindən bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button