Əli Baqiri Kəni Livan rəsmiləri ilə qarşılıqlı münasibətlərin müzakirəsi, həmçinin regional və beynəlxalq məsələlər, xüsusilə Fələstində baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq məqsədi ilə regional səfərinin ilk ünvanı Beyrut olub.
İran diblomatının başçısı Baqiri Kəni bu səfərdə Livanın xarici işlər naziri Abdullah Buhəbib, baş nazir Nəcib Miqati və Livan parlamentinin spikeri Nəbih Berri ilə görüşərək müzakirələr aparıblar.
Baqiri həmçinin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın da qəbulunda olub. O, bu görüşdə bölgənin ən mühüm məsələlərini Hərkat lideri ilə müzakirələr aparıb.
İranın Xarici İşlər Naziri vəzifəsinin icraçısı bu görüşlərdən sonra şəhidlər xiyabanını ziyarət edərək müqavimət şəhidlərinə öz ehtiramını bildirib.