ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın xarici işlər naziri Cenevrəyə səfər edib

İran XİN başçısı Əmir-Abdullahian BMT-nin İnsan Hüquqları Şurasının illik iclası və Təşkilatın Silahsızlanma Konfransında iştirak etmək məqsədi ilə yüksək rütbəli heyətlə Cenevrəyə səfər etdiyi bildirilib.
Əmir-Abdullahian iki yüksək səviyyəli iclasda çıxış edəcəyi və İran İslam Respublikasının mövqe və fikirlərini açıqlayacağı gözlənilir.
O, həmçinin bu iclaslar çərçivəsində Fələstin məsələsi üzrə keçiriləcək iclasda da iştirak edərək İran İslam Respublikasının Qəzzə və İordan vadisində davam edən böhranlı şəraitlə bağlı mövqe və baxışlarını çatdıracaq.
İclasa qatılan bəzi ölkələrin xarici işlər nazirləri, eləcə də BMT-nin yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüş və müzakirələr İran xarici işlər nazirinin səfər gündəliyində yer aldığı qeyd edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button