İranın peyk gücü yerli biliklərə əsaslanır – TƏHLİL
İran İslam Respublikasının prezidenti mübarək Fəcr ongünlüyü və Milli Kosmik Texnologiyalar Günü ilə eyni vaxtda 11 peykin orbitə buraxılmasını İran İslam Respublikasına qarşı sanksiyaların iflasa uğramasının əlaməti hesab edib.
Seyid İbrahim Rəisi Kosmik Tədqiqatlar İnstitutunda keçirilən Milli Kosmos Texnologiyaları Günü mərasimində bildirib ki, bütün bu inkişaflar İslam Respublikasının beynəlxalq aləmdə təcrid planının iflasa uğradığını göstərir.
İran İslam Respublikası son dörd dekadada, yarandığı gündən bəri həmişə Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın bütün sektorlarda, xüsusilə elm və texnologiya sahəsində çoxsaylı və ardıcıl sanksiyaları ilə üzləşib.
İslam İnqilabı düşmənləri sanksiya vasditəsilə və İranı təcrid etməklə bu ölkəni geridə saxlaya və dünya nailiyyətlərindən məhrum edə biləcəklərini düşünürdülər. Lakin İran yüksək texnologiyaları lokallaşdırmaqla tərəqqiyyatını davam etdirir. Bununla əlaqədar düşmənlərin, xüsusən də ABŞ və sionist rejimin iranlı alimlərə sui-qəsd cəhdləri İranın texniki bilikləri və raket sənayesinin inkişafına mane ola bilmədi. Son iki il yarım ərzində həyata keçirilən 11 atış göstərdi ki, İran İslam Respublikası sanksiyalar səddini keçə və təcrid planını məğlub edə bilmişdir.
Əslində, İran gəncləri və alimləri sanksiyaları və təhdidləri fürsətə çevirməyə müvəffəq olublar. Bu gün gənclərin səyləri sayəsində İran İslam Respublikasının kosmos sahəsində mövqeyi 45-ci yerdən ilk 10 ölkə arasında yer alıb.
İran İslam Respublikası kosmik texnologiyanı lokallaşdırmaqla və müdafiə sahəsində raket qüdrətini gücləndirməklə yanaşı, reaktiv yaylım atəşi sistemləri və peyk raketlərinin yaradılması və istehsalına nail olub ki, bu da aerokosmik sənaye sahəsində böyük irəliləyiş hesab olunur.
Hər halda İran İslam Respublikası öz gənclərinin istedad və yaradıcılığını inkişaf etdirməyə çalışır və şübhəsiz ki, gənc iranlı alimlər bu sahədə tərəqqinin zirvələrini fəth edəcəklər və İranın İslam dünyasındakı mövqeyini daha da yaxşılaşdıracaqlar.
İran İslam Respublikası tərəfindən peykdən geniş şəkildə istifadə edilməsi kənd təsərrüfatı, elm, hətta səhiyyə və tibb də daxil olmaqla, digər sənaye və sektorların inkişafına öz təsirini göstərəcək.