ArxivXəbər lentiXəbərlər

İran yerli istehsallı yeni destroyer hərbi gəmisini istifadəyə verib

 İran “Səhənd” adlı yerli hərbi destroyerini ölkənin dəniz qüvvələrinə təhvil verib.
qafqaz.ir   bu barədə SalamNews-a istinadla məlumat verir.
İranın yeni hərbi gəmisi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə, ordunun baş komandanı general Musəvi və sair yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə ölkənin cənub dəniz donanmasına təhvil verilib.
Bildirilib ki “Səhənd”, destroyer hərbi gəmiləri katiqoriyası üzrə İranın “Camaran” və “Dəmavənd” gəmilərindən sonra üçüncü yerli istehsallı məhsuldur.
Bundan öncə Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə bildirib ki, onlar cari hicri-şəmsi ilinin sonunadək 3 hərbi destroyer gəmisini istehsal edəcək və istifadəyə verəcəklər.
Qeyd edək ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bir neçə gün öncə dəniz qüvvələri komandirlərini qəbul edərkən hərbi hazırlıqların artırılması haqda yeni tapşırıqlar vermişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button