ArxivIslamSosialXəbər lentiXəbərlər

İranın baş ravvini müsahibəsində İsrail, İran və Süleymanidən nə dedi?

İki gün əvvəl yayılan bu müsahibə, İsrailin rus dilli saytları, həmçinin rusdilli sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olub.

Yəhuda Gerami İsrail ilə sionizmi ayırır

“Sionizm və yəhudilik arasında böyük fərq var. Yəhudiyət dininin 3300 illik bir tarixi var. Sionizm isə yalnız 100 illik tarixi olan bir siyasi hərəkatdır.”, -deyə Gerami bildirib.

İranın baş ravvini sözlərinin davamında bildirib ki, siyasilərin işlərinə qarışmaq istəmir, lakin  ölkə olaraq İsrailin dinə, xüsusilə yəhudiliklə aidiyyəti yoxdur.

 

Dini müharibə deyil…

İsrail və İran arasında olan məsələlər ətrafında danışan İranın baş ravvini “Bu dinlərarası müharibə deyil. Bütün buradakı yəhudilər bunu vurğulayırlar. Ən pisi budur ki, dünyada bu qarşıdurmanı (İsrail və İran arasında) dinlərarası müharibə kimi qələmə verələr.”

 

İranda yəhudilər…

Ravvin ölkədə yəhudilərlə müsəlmanlar arasındakı münasibətlərə toxunaraq deyib: “Müsəlman qonşularımızın İranda yaşayan yəhudilər kimi bizə çox hörməti var. Avropadan fərqli olaraq, İranda yəhudi sinaqoqlarını və məktəblərini qorumaq üçün təhlükəsizlik qüvvələrinə ehtiyac yoxdur və şəxsi təhlükəsizliyimiz əladır. Çoxu bizə hörmət edir və bizimlə sülh içində yaşayır.”

İranın baş ravvini bildirib ki,  İranda 20 – 25 min yəhudi yaşayır.

“Onların əksəriyyəti Tehran, Şiraz, İsfahan və Kermanşah şəhərlərindədir.”, -deyə Yəhuda Gerami əlavə edib.
O  İrandakı yəhudilərin sosial vəziyyəti barədə isə “Tam fikir azadlığımız var. Bütün sinaqoqlar açıqdır və orada Tövrat tədris olunur. Bizdə hər cür təhsil müəssisəsi, o cümlədən ibtidai və orta məktəblərin də fəaliyyətinə icazə verilir.”, -deyə bildirib.

 

Süleymani haqqında…

Jurnalistin “Siz Süleymanilə bağlı başsağlığı mesajı verdiniz və yas mərasiminə getdiniz?” – sualına “Əvvəla mən tək ora getməmişdim. Orada xristian din xadimləri də başsağlığı üçün getmişdi. Qərb Qasim Süleymani haqqında bilməlidirlər ki, o həqiqətən İranın Milli Qəhrəmanıdır. İraq-İran müharibəsində qəhrəmanlıq edib. Sonra Suriyada qəhrəmanlıqları olub. İŞİD-in məhv edilməsi də məhz onun əlilə mümkün olmuşdur. Bizim yas məclisinə getməyimiz, onun İran üçün etdiklərinə və o şəxsiyyətə hörmət əlaməti olaraq reallaşdı”, -deyə cavab verib.

 

İlahi Hakimiyyətin zühuru…
Müsahibənin sonunda Yəhufa Gerami müqədəs kitablardan istinad edərək elə bir dünya gələcəyinə inandığını bildirib ki, burada İlahi Hakimiyyət bərqərar olacaq; canavar quzu ilə, leopard keçilə yaşayacaq, millətlər bir birinə qarşı xəncər qaldırmayacaq.

İranın baş ravvini belə bir dünya üçün hər gün dua etdiklərini bildirib.

Qeyd edək ki, bu müsahibə İsraillilərin istifadə etdiyi sosial mediada sionist və musəviləri iki yerə bölüb. Onların əksəriyyəti İsrailin dini deyil, ateist və dinə qarşı bir rejim olduğunu yazıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button