ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycandakı yeni hərbi attaşesinin təqdimatı oldu

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında baş tutan görüş zamanı iki ölkə əlaqələrinin genişləndirilməsi və Tehran-Bakı münasibətlərinin möhkəmləndirilməsi yolları araşdırılıb.

Bu gün baş tutan görüşdə tərəflər regionun siyasi və təhlükəsizlik məsələləri ilə bağlı son durumunu da müzakirə ediblər.

Möhsün Pakayin bu görüşdə həmçinin, İranın Azərbaycandakı yeni hərbi attaşesi polkovnik Əli Seyfini Azərbaycanın müdafiə naziri Zakir Həsənova təqdim edib.

Zakir Həsənov da İranın Azərbaycandakı yeni hərbi attaşesini salamlayaraq, iki ölkə əlaqələrinin genişləndirilməsini vurğulayıb, gələcək fəaliyyətlərində polkovnik Əli Seyfiyə uğurlar diləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button