ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycandakı səfirliyi təkzib etdi

İranın Azərbaycandakı səfirliyi kütləvi informasiya vasitələrində İranda bir sıra əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərləri qətiyyətlə təkzib edib.

Səfirliyin mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda bildirilir ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar: “İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button