ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın Azərbaycan Respublikasına ixracatının miqdarı və həcmi qənaətbəxş deyil

“FNA”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı Qərargahının katibi və Şərqi Azərbaycan Qubernatorunun İqtisadi Məsələlər üzrə koordinator müavini Əli Cahangiri İranın şimal-qərb vilayətlərinin ortaq iclasında bildirib. Ə.Cahangiri Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulması məsələsinə diqqət yetirərək deyib:

“Əyalətə verilən milli məsuliyyət Azərbaycan Respublikası kimi qonşu ölkələrlə iqtisadi əlaqələrin inkişafının başlanmasıdır. Bu istiqamətdə ölkənin bütün vilayətlərinin, xüsusən Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin imkanlarından daha çox istifadə edilməlidir”.

O, bildirib ki, İranın Azərbaycan Respublikasına ixracının miqdarı və həcmi qənaətbəxş deyil.

“Dağlıq Qarabağın yenidən qurulmasında iştirakın məqsədi Azərbaycanı dəstəkləməklə yanaşı, bu ölkəyə ixracatı artırmaqdır”,

 Ə.Cahangiri vurğulayıb.

Cahangiri həmçinin Dağlıq Qarabağın yenidən qurulmasında İran şirkətlərinin güclü iştirakını İran İslam Respublikası ilə digər ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün yaxşı imkan kimi qiymətləndirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button