ArxivXəbər lentiXəbərlər

İranın ədliyyə naziri Azərbaycan prezidenti ilə görüşüb

İranın ədliyyə naziri Mustafa Purməhəmmədi bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.

İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi və onu müşayiət edən nümayəndə heyəti fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev hüquq mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. İki ölkə arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan Azərbaycan dövlət başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd etdi. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana bu səfərinin ədliyyə sahəsində əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

İRİB-nin verdiyi məlumata görə, İranın ədliyyə naziri Mustafa Purməhəmmədi də bu görüşdə iki ölkə əlaqələrinin inkişaf halında olduğuna işarə edərək, dərin tarixi, mədəni və dini bağların olmasını iki ölkə əlaqələrinin inkişafında və təhlükəsizliyin təmin edilməsində xeyli təsirli adlandırıb.

Mustafa Purməhəmmədi daha sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin iki ölkə əlaqələrinin formalaşması və möhkəmləndirilməsində təsirli rola malik olduğunu vurğulayıb və deyib: Bu gün bu əlaqələr İlham Əliyevin prezidentliyi ilə irəliyə və inkişafa doğru hərəkət edir.

İranın ədliyyə naziri sonda iki ölkənin iqtisadi və ticarət əlaqələrinin 66%-lik inkişafa malik olduğunu xatırladıb və deyib: Əlaqələrin bu səviyyədə inkişaf etməsi bir-biri ilə bu qədər sıx əlaqəyə malik olan insanların hüquqi və məhkəmə orqanları tərəfindən də himayə olunmasını tələb edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button