Islam

Qəbr əzabını yüngülləşdirmək üçün nə etmək olar?

Qəbr əzabını yüngülləşdirmək üçün nə etmək olar?

 Dəfn gecəsi mələklərin sorğu-sualını və qəbr əzabını yüngülləşdirmək üçün mərhumun yaxınlarının vəhşət namazı adlı iki rükətli müstəhəb namaz qılmaları tövsiyə edilir. Həmçinin, adətə görə, dəfndən sonra qəbrin üzərinə su tökürlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. İmam Cəfər Sadiq (ə) buyurub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər (bundan sonra da risalədə yazılan duanı oxuyurlar).

Dəfn gecəsi ölünün ruhuna rəhmət demək, dualar oxumaq, Quran tilavət edib savabını ona hədiyyə etmək, sədəqə vermək faydalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button