ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranda sərnişin təyyarəsinin girov götürülməsinin qarşısı alınıb

İranda ötən gecə Əhvazdan Məşhəd şəhərinə uçan təyyarənin və içindəki sərnişinlərin girov götürülməsinə cəhd edilib. Cinayətin qarşısı zamanında alınıb.

Qafqaz.ir  SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşiçilər Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Əhvazdan Məşhədə uçan 334 nömrəli uçuşu həyata keçirən Fokker-100 tipli sərnişin təyyarəsinin və içində olan sərnişinlərin girov götürülməsinə cəhd edilib.

Təhlükəsizlik qüvvələrin ayıqlığı nəticəsində təyyarənin girov götürülməsi və oğurlanması baş tutmayıb.

Əlavə edilib ki, girov götürən şəxs təyyarəni Fars Körfəzində olan ölkələrin birinə istiqamətləndirmək istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button