ArxivXəbər lentiXəbərlər

İranda Azərbaycan dilində yeni film çəkiləcək

İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək. Təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib.

Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.

Xatırladaq ki, rejissorun Azərbaycan dilində çəkdiyi “Ev” adlı birinci filmi ötən ay Tokio və Avstraliyada keçirilən festivallarda nümayiş olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button