ArxivXəbər lentiXəbərlər

İran yeni tank istehsalına başlayıb

İran yeni “Kərar” (Hücum) tanklarının kütləvi istehsalına başlayıb.

Bu barədə “Fars” və “Tasnim” agentlikləri İranın güc strukturlarına istinadən məlumat yayıb.

Yeni tank bu gün İran müdafiə naziri Hüseyn Dehqanın iştirak etdiyi tədbirdə nümayiş etdirilib. Bu tank ən müasir atəş və müdafiə sistemləri ilə təchiz edilib. “Kərar” hərəkətsiz və hərəkətli obyektlərə dəqiq zərbə endirmək, müxtəlif maneələri aşmaq qabiliyyətinə malikdir. H. Dehqan deyib ki, bu tank İran Silahlı Qüvvələrinin gücünün simvoludur.

Bundan əvvəl İran “Zülfüqar” tankının müxtəlif modifikasiyalarını istehsal edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button