Aktual

”Azərbaycanda insan haqları barədə danışmağa utanıram”

Bu gün Azərbaycanda İnsan hüquqları günüdür. Prezident İlham Əliyevin 2007-ci il iyun ayının 18-də imzaladığı sərəncama əsasən hər il 18 iyun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. Eyni zamanda bu gün həm də 1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Universal Bəyannaməsinin qəbul edilməsinin növbəti il dönümüdür.

Hüquq müdafiəçisi Əvəz Həsənov “Deyerler.org“a açıqlamasında Azərbaycanda insan hüquqlarının vəziyyətinin acınacaqlı olduğunu bildirib.

“Azərbaycanda insan hüquqları bütün illərlə müqayisədə geriləməyə doğru gedir. Azərbaycanda insan hüquqları ilə bağlı kobud pozuntu faktları daha da çoxalmağa başlayıb. Baxmayaraq ki, Azərbaycanda dövlətin insan hüqquları ilə bağlı platforma sənədi, xüsusi dövlət proqramı mövcuddur. Mənim qənaətim ondan ibarətdir ki, ölkədə insan hüquqları ilə bağlı pozuntu faktı daha çox artıb. Jurnalistlərin həbsi, siyasi rəqiblərin aradan qaldırılması, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı basqılar, kütləvi etiraz aksiyaları vaxtı dinc nümayişçilərin qarşısının kobudluqla alınması və s. məsələləri bura aid etmək olar”, -deyə Əvəz Həsənov bildirib.

 

Hüquq müdafiəçisi İntiqam Əliyev isə “Deyerler.org”a deyib ki, Azərbaycanda insan haqlarından danışmağa utanır. “Mən Azərbaycanda insan haqları barədə danışmağa utanıram. İnsan haqları ilə bağlı utanıram hər dəfə eyni şeyi deməyə. Vəziyyət olduqca bərbad gündədir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button