ArxivXəbər lentiXəbərlər

İran xalqının yürüşü Azərbaycan medialarında əks olunub

Azərbaycan Respublikası mediaları çərşənbə günü İran xalqının iğtişaşçılar və təxribatçıların pislənilməsi istiqamətindəki irimiqyaslı yürüşünü əks etdiriblər.

 APA İnformasiya Agentliyi cümə axşamı günü bir məqalədə yazıb: İran xalqı müxtəlif şəhərlərdə son iğtişaşlara etiraz olaraq “ABŞ-a ölüm!”, “Fitnə amillərinə ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirərək iğtişaşçıların cəzalandırılmasını istəyib.

Bu ifnromasiya agentliyi İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı Məhəmməd Əli Cəfəriyə istinadla İranda fitnənin məğlubiyyətə uğramasını bildirib və əlavə edib: Sionistlər və Ərəbistan İŞİD terror qruplaşmasına İranda nüfuz və iğtişaş törətmək göstərişi veriblər.

Bakı Xəbər qəzeti də yazıb: On minlərlə İran vətəndaşı İslam İnqilabının Böyük Rəhbərinin İran dşmənlərinin ölkədə iğtişaşlar yaratmağa çalışmasına dair bəyanatından sonra qərbin aldadıcı hərəkətlərini pisləyib.

Report informasiya agentliyi də bildirib: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azərbaycan və İran parlamentlərarası qrupun üzvü Aydın Mirzəzadə İranın daxili məsələlərində müdaxilə üzrə istənilən səyi pisləyib.

Azərbaycanın Maidə.az xəbər portalı da yazıb: İran vətəndaşları etiraz yürüşündə iğtişaşçıların cəzalandırılmasını istəyiblər.

Yeni Müsavat qəzeti də bir məqalədə İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı Məhəmməd Əli Cəfərinin İranda iğtişaşların sona çatması və fitnə amillərinin məğlubiyyəti haqda açıqlamasını dərc edib.

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button