ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran xalqının Qüds günündəki iştirakı İmam Əli(ə)-ın vəsiyyətinə əməl emək üçündür

Xalqımız hər il Qüds günü yürüşündə Fələstin məzlumlarını himayə etməyi fəryad edir.

İmam Xomeyni(r.ə)-in pak hərəmində mübarək ramazan ayının 21-ci gecəsinin əhya, həmçinin Həzrət Əmirəlmöminin Əli ələyhissalamın şəhadəti gecəsi mərasimində çıxış edən Rəisi təbiət baharının Quran təbiəti, eləcə də Qədr gecəsinin İran İslam Respublikasının təşkil edilməsinin ildönümü günü ilə bir zamana təsadüf etməsinə əsasən, Qədr gecəsini ümid və ümidvarlıq gecəsi adlandırıb.

Ölkə prezidenti söyləyib: On iki fərvərdin gününün önəmi, nəinki 22 bəhməndən az deyildir, həm də bəzi cəhətlərdən ondan da mühümdür.

Rəisi əlavə edib: Rəhmətlik İmam ölkənin daxili şəraiti, eləcə də beynəlxalq şəraiti dərindən tanıdığı üçün quruluş növünün səsə qoyulmasından sonra Əsas Qanun üzrə Xübreqan Məclisinin təşkili, eləcə də Əsas Qanunun özünü xalqın səsinə qoydu.

 İran prezidenti düşmənlərin iradə və istəklərinin əksinə olaraq, ölkənin inkişaf və irəliləyişlər etməsinə əsasən, deyib: İnqilabın qələbə çalmasını istəməyən düşmənlər bu gün inkişaf etməyimizi istəmirlər və əlbəttə, onlar yenə də bacara bilməyəcəklər.

Rəisi çıxışının digər bir hissəsində Həzrət Əmirəlmömnin ələyhissalamın öz şərəfli ömrünün son saatlarında etdikləri vəsiyyət və tövsiyələrə, o sıradan Qurani-Kərimin nurlu ayələrinə, namaza, yetimlərə diqqətə, məzlumu müdafiəyə və zalımla mübarizəyə, haqqın müdafiəsi yolunda müqavimətə, dünyaya aludə olmaqdan çəkinməyə, işlərdə qaydalı olmağa və ilahi təqvaya əsasən, söyləyib: Bu gün İran İslam Respublikasının məzlum Fələstin xalqını müdafiə istiqamətindəki mövqeyi/ Əmirəlmöminin ələyhissalamın vəsiyətinə əməl etməkdir ki, İmam(r.ə)-in islami quruluşdakı təkidi ilə, təsbit olundu və İran İslam Respublikasının Əsas Qanununun prinsiplərindən oldu. Xalqımız hər il mübarək ramazan ayının son cüməsində küçə və prospektlərdə Qüdsi-Şərifin azadlığı və Fələstin məzlumlarını himayəni fəryad edir.

Rəisi deyib: Əgər islami ölkələr Quranın nurlu ayələrinə diqqət yetirsəydilər, İslam Dünyasında ixtilafların şahidi olmazdıq və əgər Amerikaya və dünya zalımlarına etimad yerinə, Qurani-Kərimin həyatverici ayələrinə etimad etsəydilər, Qəzzənin məzlum əhalisi bu vəziyyətə düşməzdi.

İran prezidenti sonda Əmirəlmönin İmam Əli ələyhissalamın nurlu kəlamlarına əsasən, cəmiyyətdə bəyan və aydınlaşdırma cihadının əhəmiyyətinə təkid edib və deyib: Bu gün hamımızın vəzifəsi budur ki, bəyan cihadında fəal olaq və cəmiyyətin agahlığı və şübhələrə cavab üçün səy göstərək.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button