ArxivXəbər lentiXəbərlər

İran və türkiyəli mütəxəssislər Bakı Metanol zavodunda ekoloji vəziyyətə dair təqdimatla çıxış ediblər

İran və Türkiyədən olan mütəxəssislər Bakı Metanol zavodunda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji vəziyyət mövzusunda təqdimatla çıxış ediblər.

“SOCAR Methanol” MMC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Metanol zavoduna baş çəkib. Nümayəndə heyətinin tərkibində olan İran və Türkiyədən gələn mütəxəssislər görüşdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji vəziyyət mövzusunda təqdimatla çıxış ediblər. İxtisaslı proqram təminatı vasitəsilə hazırlanan təqdimat gələcəyin perspektivli sahəsi olan alternativ və bərpaolunan enerjinin müsbət cəhətlərini özündə cəmləşdirib.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Bakı şəhər Səbail rayonu 23 nömrəli məktəbdə öz kiçik akademiyasını açan Beynəlxalq Ekoenergetika Akademiyası görüşün sonunda həmin məktəbin müəllim və şagird heyəti ilə birlikdə zavodun ərazisinə ekskursiya təşkil edib. Zavodun fəaliyyəti haqqında ətraflı məlumat alan qonaqlar istehsal prosesi ilə yaxından tanış olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button