ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Rusiya səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzaladılar

Qafqaz.ir  “İRNA”-ya istinadən xəbər verir ki, bu gün (çərşənbə) Rusiyanın Səhiyyə Nazirliyində keçirilən görüşdə İranın Səhiyyə nazirinin müavini, Qida və Dərman İdarəsinin rəhbəri Məhəmməd Rza Şanesaz və Rusiyanın Səhiyyə naziri Aleksandra Drovnova arasında görüş keçirilib. Moskvada baş tutan görüşdə tərəflər iki ölkə arasında səhiyyə, müalicə, əczaçılıq, təhsil və bölgələrdə geniş əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Rusiya Səhiyyə nazirinin müavini təklif edib ki, bu memorandum nazirliklər arasında razılaşmaya çevrilsin və iki ölkənin hökumətləri arasında imzalansın. İran tərəfi bu təkliflə razılaşdıqdan sonra iki tərəfin bu məsələni təqib etməsinə qərar verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button