ArxivIslamXəbər lentiXəbərlər

İran və Rusiya donanması hərbi təlim keçirəcək

İran və Rusiya cənub sularında birgə hərbi təlimlər keçirəcək. FaktXəbər “Mehr”ə istinadən bildirir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Xanzədi 29 apreldə baş qərargahda keçirdiyi mətbuat konfransında açıqlayıb.
“Rusiya Hərbi Dəniz Donanmasının komandanlığı ilə danışıqlar əsasında bu il ərzində İranın cənub akvatoriyasında təlimlər keçirilməsi qərara alınıb”,-deyə iranlı kontr-admiral vurğulayıb.

Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri və Rusiya HDQ müxtəlif əməliyyat, təhsil və texniki sahələrdə əməkdaşlığı davam etdirəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button