ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın mədəniyyət-incəsənət əməkdaşlıqlarının inkişafı sahələri araşdırılıb

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı sədrinin Azərbaycan Respublikasının ziyalıları, mədəniyyət və incəsənət xadimləri ilə görüşündə ikitərəfli mədəniyyət və incəsənət əməkdaşlıqlarının inkişafı sahələri araşdırılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, İranın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən səmimi görüşdə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə də iştirak edib. İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman iki ölkənin tarixi, dini və mədəni ortaqlıqları və xalqlarının qədim dostluğuna toxunaraq bu münasibətlərin maksimum şəkildə inkişaf etdirilməsini vurğulayıb.

İki ölkə mədəniyyətinin əsasən ədəbi və elmi irs sahələrində bir-birinə təsirinə toxunan Türkman deyib: Farsdilli alimlərdən bir çoxunun əsərləri azərbaycancaya, azərbaycanlı alimlərdən bir çoxunun əsəri isə farscaya tərcümə olunmuşdur. Bütün bu əsərlər iki ölkə xalqının ürək sevgisi və marağına əsasən iki ölkə əlaqələrinin möhkəmlənməsini əks etdirir.

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində iki öklənin aktiv ziyalıları və incəsənət xadimlərinə dəstəyi vurğulayaraq azərbaycanlı ziyalılar və incəsənət xadimlərindən iki ökənin faydalı və təsirli münasibətlərinin inkişafı sahəsində çalışmalarını istəyib.

Bu iclasın davamında Azərbaycan Respublikasının mədəniyyət, incəsənət və universitet dairələrinin nümayəndələri İranla elmi, ədəbi, incəsənət və kino əməkdaşlıqları haqda məlumat verərək bu əməkdaşlıqların inkişaf etdirilməsini vurğulayıblar.

İclasın sonunda fars dilindən azərbaycancaya tərcümə olunan dini psixologiya, əxlaq fəlsəfəsi, Kəşkül, Tolstoyun ayaqqabıları ilə yerimək və qardaş xudahafiz adlı beş kitabın təqdimatı keçirilib.

Bu kitablar din, mədəniyyət, incəsənət və İslam İnqilabı mövzularındadır və İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə tərcümə və çap olunmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button